Kassa çekinə görə ƏDV-nin vətəndaşa qaytarılması: Nə vaxt və hansı halda qaytarılacaq?
Son günlər kassa çeki vəya post terminalla bağlı alınan mallara görə ƏDV-nin istehlakçıya qaytarılması ilə bağlı suallar çoxdur. Bəzi həmkarlarımız artıq kassa çekinin toplanmasını məsləhət bilsə də, əslində bu prossesə hələ start verilməyib. Mks.az sayt ekspertlərinin bu məsələ ilə bağlı araşdırmasını Sizə təqdim edirik.
İlk öncə Vergi Məcəlləsinə əlavə edilən 165.55-ci maddəyə nəzər yetirək
165.5. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDVnin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Prezidenti) orqanının müəyyən etdiyi orqan (qurum) (Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.
Vergi Məcəlləsinə əlavə edilən bu dəyişiklik nəticəsində Nağdsız dövriyyənin stimullaşdırılması məqsədilə aparılan islahatların tərkibi hissəsi kimi, istehlakçılar tərəfindən pərakəndə ticarət və ictimai iaşə müəssisələrində nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizi geri qaytarılacaq.
Bu məsələdə 2 məqamı diqqətdə saxlamaq lazımdır.
Birinci odur ki, bu cür ödənişlər yeni nəsil, yəni real rejimdə vergi orqanlarına qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yəni indi tətbiq olunan nəzarət kassa aparatları həmin tələbə cavab vermir.
İkinci məqam odur ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyətig östərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydası Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq və təsdiq olunduqdan sonra prossesə tam aydınlıq gətiriləcək. İlkin məlumata görə,ödənişlərin geri qaytarılması Maliyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.
Fikrimizi misalla izah edək: Vətəndaş 118 (100 manat +18 manat (ƏDV 18%)) manatlıq Pos terminal , 59 (50 manat + 9 manat (ƏDV-18%)) manat isə nağd qaydada ödəniş edərək mallar alır. Vergi Məcəlləsinin tələblərinə əsasən, vətəndaşa qaytarılacaq ƏDV-nin məbləği POS-terminalla aldığı mala görə 2,70 manat (18 manat x 15 faiz) təşkile dirsə, nağd qaydada aldığı mala görə isə 0,90 (9 manat x 10 faiz) manat təşkile dəcək. Vətəndaşıin müraciətinə əsasən, aldığı 177 (118+59) manata mala görə 3 .60 (2,70 + 0.90) manat geri qaytarılacaq.
Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı ARTIQ SATIŞDA
(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)
Mühasib və maliyyəçilərin stolüstü kitabı
- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi
Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları
Bonus: Xüsusi axtarış rejimli CD disk
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]
24 Komment
Fikrət 01 Oktyabr 2019
Salam.Bu yazılanlar aydın oldu.Buna görə sizə təşəkkür edirik.Qeyd edilir ki, toplanilan çeklər VM-nin 50.8 maddəsinə cavab verməlidir. Bu tələbə əsasən çekdə hansı məlumatlar yazılmalıdır ki,fiziki şəxslər ƏDV-lərini ala bilsinlər.
Zamir 26 Mart 2020
Gözəl təşəbbüs, gözləyərək.
Yegane kazimova emikisi qizi 03 May 2020
Shalom var. Eger elimizde cek yoxdursa bonus katimiz var bu vasite Ile Ala bileceyik pullarimizi Geri.
Natiq 15 May 2020
Salam bir şeyi qeyd edim bu ədv nin geri qaytarılması bravo marketdə mümkün deyil ne strik kod işlemir nedeki fiksal kod yoxdu .amma arazda OBA marketdə bu mümkündü bunun nəsə başqa həlli var.
Aynurə 20 May 2020
Mən bir neçə çek daxil etmişəm və tapilib amma ədv qaytarilmayib gözləmədədir(sarı dairə). Nə vaxt qaytarilacaq yaşıl dairə nə vaxt olacaq?
Fuad 02 İyun 2020
Madera mebel magazasindan negdsiz allinan cekin edvni geri ala bilmirem cekin verilme tarixi 24.05.2020
Eliza 06 İyun 2020
salam.bravo marketden bazarliq etdim.cek yarimciq verilibmis. belaki yuxarida voen gorunur. amma ashagi hissesinde odediyim meblegden sonrasi kesikdi. voenle nece tapa bilerem qebzimin fiskalini?Edv nece geri ala bilerem/?
Günel 23 İyun 2020
Aptekden nağd aldiğim dermanın edvsini qaytarammiram. Balaca kassa çeki veribler kod 12reqem deyil deye tapilmir
Orxan 01 Avqust 2020
Salam.Bir günde neçe fiskal id daxil ede bilerik?atılan çeklerden de istifade ede bilerik,ele alıcılar var ki çek istemirler
Eskerzade Bahar Telman qizi 07 Avqust 2020
Salam ege hospitalda emeliyyat olmusam ve dovlet ceklerim var mebleg 2500 manata yaxindir. Lakin edvni geri ala bilmirem. Nese xeta bas verir. E kassa cekimi yoxlayiram cek duzdur hara muraciet ede bilerem??
Ramil 29 Sentyabr 2020
Fiscal kod oxunmur nece geri qaytarmaq mumkundur edv-ni
[email protected] 29 Sentyabr 2020
Fiscal kod oxunmur nece geri qaytarmaq mumkundur edv-ni
Vuqar 30 Sentyabr 2020
Eyni ceklerden biri qebul olur adv geri qaydir digeri deyirki malin adi qeyd olunmayib.Bu ne sisdemdi duzeltmisiz
[email protected] 25 Oktyabr 2020
Edv.... 1aya qayidir... Ve Fiskal idi olmayan çekler ve yaxudda yarimciq ya silinen çekler KECERLİ DEYİL .yalnız o halde kecerli ola bilerki çekin QR KODU varsa bir bankla tanıdın qeydiyatdan kecerek....
Fərəh 26 Oktyabr 2020
Qaytarılam edvden necıə və harda istifadə edə bilərəm?
Nurlan 09 Noyabr 2020
Salam 2 hafta olarki cek yukluyurem balansa hec bir artim olmur zehmet olmasa deyebilersiz nedendi
Vusala 11 Noyabr 2020
Avqust ayindan wexsi kabinet yaradib cekin fuskal kodunu yujlwyub mebkeg yigmiwdim.sentyabrin27sinden internet megdudlawandan.girenmirdim.indi girib he wexsi kabinetimi.taouram je yuklenen mebleqleri ne de fuskal kid yukluyebmirem.hara deyim men derdimi?
Taleh 28 Noyabr 2020
Edv-en 18% qayitmir yalnız 15.25% faiz qayıdır bes 2.075% hara gedir
günel 17 Dekabr 2020
kontakt homedən alıdğımız çekdə 18%ƏDV qeyd olunub amma kodu yazılmayıb
Anar Xalilov 26 Fevral 2021
Salam zehmet olmasa basa salin niye 259 manat edv-si 3.95 qayidib
Elman 13 Avqust 2021
Edv ceklerinin kimin xoutdugunu bilmek olur? Yeni mende bezen cek olur yazirki evvel oxudulub. Bunu hardan bilerem ki, kim oxudub?!
Dürre 28 Fevral 2022
Ehmedlide bal badem wirniyyat evi cek vermək isdemir hər defe deyir kassa açılmayıb ancaq seher 5 dən maqaza açıqdı kimə deyək
Dürre 28 Fevral 2022
Ehmedlide bal badem wirniyyat evi cek vermək isdemir hər defe deyir kassa açılmayıb ancaq seher 5 dən maqaza açıqdı kimə deyək
İlqar 17 May 2022
Salam, mənim edvgerial şəxsi kabinetimdə düz hesablanmır, tv almışam 1715 azn üçün, nağdsız qaydada 46.31 azn hesablamaq evezine 37.69 azn hesablanıb. Və diger mebleğlerdede ele. Mes. Nağd qaydada 1069 azn üçün 16.61 azn hesablanıb.
Şərh yazın