Rüb ərzində 1000 manat xidmət gəliri olan vergi ödəyicisi hansı halda 17.50 manat vergi ödəyəcək? (Misalla izah)

Rüb ərzində 1000 manat xidmət gəliri olan vergi ödəyicisi hansı halda 17.50 manat vergi ödəyəcək? (Misalla izah)

Vergi Məcəlləsinin 218.5-ci maddəsinə edilmiş dəyişiklikdən sonra 01 yanvar 2019-cu il tarixdən etibarən aşağıda qeyd edilən vergi öədyiciləri qanunun tələbindən irəli gələrək məcburi qaydada aşağıdakı meyarlara əsasən sadələşdirilmiş formada verginin hesablanması hüququndan məhrum olunacaqlar.

  • işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;
  • topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;

  • vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla);

  • qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər;

  • xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər;

  • bina tikintisi fəaliyyəti ilə məşğul olan və icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslər.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli, 556 nömrəli qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na və Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə uyğun olaraq gəlir vergisi ödəyici olan mikro sahibkardırlar və onların gəlirlərinə 75 faiz güzəşt nəzərdə tutulub. İstisna hal kimi onlar gəlirlərinə güzəşt hüququndan il başa çatandan sonra deyil, hər rübün sonunda həyata keçirdikləri vergi ödəmələri zamanı istifadə edəcəklər. Bu da o anlama gəlir ki, mülki-hüquqi müqavilə ilə işləyənlər hər rüb gəlirlərinin ən çoxu 5 faizi həcmində vergi ödəyəcəklər. Vergi ödəyiciləri xərclərini təsdiq edən sənədlərin uçotunu apararlarsa, o zaman daha az vergi ödəyəcəklər. Misal üçün, rüb ərzində dövriyyəsi 1000 manat, xərclərini rəsmiləşdirməyən vergi ödəyicisi 50 manat ((1000 manat (gəlir) x 20 faiz (gəlir vergisi dərəcəsi) x 25 faiz (75 faiz güzəşt nəzərə alınmaqla)) ödəyəcəksə, eyni gəliri olduğu halda, rəsmiləşdirilmiş xərcləri 650 manat təşkil edərsə, bu zaman daha az, 17,50 manat ((1000 manat (gəlir) - 650 manat (xərc)) x 20 faiz (gəlir vergisi dərəcəsi) x 25 faiz (75 faiz güzəşt nəzərə alınmaqla)  vergi verəcək.

    Xərclərin uçotunun aparılması üçün gəlirlə bağlı olan bütün xərc maddələri üzrə ödənişi təsdiq edən sənədlərlə yanaşı, elekton qaimə-faktura ilə müşayiət  olunmalıdır.

 “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq aylıq minimum əmək haqqının 25 faizi məbləğində (hazırda qüvvədə olan minimmu əmək haqqı məbləğinə görə 32.50 manat) sosial sığorta haqqı ödəyəcəklər. Belə vergi ödəyicilərinə gəlirlərinin və xərclərinin uçotunu düzgün qurmağı tövsiyə edirik. Bu, vergi uçotu baxımından əhəmiyyətli olmaqla yanaşı, misallardan göründüyü kimi xərclərin düzgün əsaslandırılması və müvafiq sənədlərlə təsdiq edilməsi sayəsində vergi ödəyicilərinin gəlirlərinin artmasına da imkan verir.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı

07 yanvar 2019-cu il tarixdən SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 "Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72[email protected]

 MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər