Ekspertlərin və mks.az-ın uğuru: 75 faizlik güzəşt cari vergi ödəmələrinə şamil olunacaq

Ekspertlərin və mks.az-ın uğuru: 75 faizlik güzəşt cari vergi ödəmələrinə şamil olunacaq

01 yanvar 2019-cu il tarixindən vergi ödəyicilərinə xidmət göstərən, illik dövriyyəsi 200 min manatdan aşağı olan fiziki və hüquqi şəxslər artıq sadələşdirilmiş vergi ödəyici ola bilməyəcəklər, müvafiq olaraq  gəlir və mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərəcəklər. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, mikro sahibkarlıq subyekti olan belə fərdi sahibkar və  hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən gəlirlərinə 75 faiz güzəşt tətbiq olunacaq.

Dəyişikliklər açıqlanandan sonra məsələnin müzakirə doğuran tərəfi mikro sahibkarlıq subyektlərinə şamil olunan güzəştin il ərzində cari ödəmələr zamanı, yoxsa ilin sonunda tətbiq edilməsi oldu. Bu məsələ aktual olduğu üçün 21-22 dekabr 2018-ci il tarixdə Vergilər Nazirliyinin rəhbər şəxslərinin iştirakı ilə nazirliyin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində keçirilən dəyirmi masada da qaldırıldı. Vergilər Nazirliyinin rəsmi nümayəndələri 2019-cu ildən etibarən gəlir və ya mənfəət vergisi ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin cari vergi ödəmələri zamanı  güzəştin nəzərə alınmayacağını bildirdilər. Bu zaman tədbirdə iştirak edən tanınmış ekspertlər- Mehdi Babayev, Rövşən Ağayev, Sahib Məmmədov, Qulu İbrahimli, Anar Bayramov və digər şəxslər 75 faizlik güzəştin cari vergi ödəmələri zamanı təbiq olunmamasını vergi ödəyicisinin hüquqlarının pozulması kimi qiymətləndirdilər. Ekspertlər fikirlərini onunla əsaslandırdılar ki, bu halda vergi ödəyicisinin vergini ödədikdən sonra sərəncamında qalan vəsaitin bir hissəsindən istifadə imkanı məhdudlaşır və artıq ödəmə həyata keçirilir. Onlar məhz bu səbəbdən güzəştin cari vergi ödəməsinə tətbiq edilməsini məqsədəuyğun hesab etdilər.

Vergilər Nazirliyinin rəsmiləri dəyirmi masada  səsləndirilən bütün təklifləri, o cümlədən mikro sahibkarların cari vergi ödəmələri zamanı güzəştin tətbiq olunması məsələsini bir daha nazirlikdə müzakirə edəcəklərini bildirdilər.

Tədbirdən sonra mks.az saytı sözügedən məsələ ilə bağlı xəbəri yaymaqla ictimaiyyətin diqqətini bu məsələyə yönəltdi. 23 dekabr 2018-ci il tarixdə Vergilər Nazirliyinin rəsmilərinin və 200-ə yaxın mühasibin iştirak etdiyi Milli Mühasiblər Forumunun seminarında tanınmış mütəxəssis Mehdi Babayev də bu məsələnin vacibliyinə toxundu.

Nəhayət, bu gün keçirilən mətbuat konfransında Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva nazirliyin yekun qərarını açıqladı: mikro sahibkarların cari vergi ödəməsinə 75 faizlik güzəşt tətbiq olunacaq.  Tədbirdə o da qeyd olundu ki, artıq cari vergi ödəmə arayışında bununla bağlı müvafiq düzəliş edilib.

Mks.az saytı olaraq ekspertlərin təklifinə diqqətlə yanaşaraq cari vergi ödəmə məbləğinə güzəştin tətbiq edilməsinə münasibətdə müsbət qərar qəbul etdiyinə görə Vergilər Nazirliyinə təşəkkür edir və inanırıq ki, belə vacib məsələlərdə hər zaman vergi ödəyicilərinin yanında olacaq

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı

07 yanvar 2019-cu il tarixdən SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 "Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72[email protected]

 MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]z 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər