Xidmət göstərən vergi ödəyicilərin 2019-cu ildə ödəyəcəyi cari vergi ödəmələri necə hesablanacaq? (MİSALLA İZAH)

Xidmət göstərən vergi ödəyicilərin 2019-cu ildə ödəyəcəyi cari vergi ödəmələri necə hesablanacaq? (MİSALLA İZAH)

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Vergi Məcəlləsinə olan dəyişiklikləri təsdiq edib. Dəyişikliklərdə əsas diqqəti cəlb edən məsələ vergi ödəyicilərə xidmət göstərən əksər fiziki və hüquqi şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmasına məhdudiyyətin tətbiq edilməsidir. Mks.az saytının ekspertləri qeyd edilən dəyişikliyə marağın çox olması səbəbindən oxucularımıza geniş izah hazırlayıb.

Vergi Məcəlləsinə aşağıdakı əlavə edilib:

218.5. Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur:

218.5.10. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla);

Qeyd edək ki, vergi ödəyicilərinə xidmət göstərən həm fiziki həm də hüquqi şəxslər üçün sahibkarlıq fəaliyyətinin 75 faizi qədər güzəşt olunması məqsədilə Vergi Məcəllləsinə aşağıdakı müvafiq əlavələr edilib:

Maddə 102. Gəlir vergisindən azadolmalar və güzəştlər

...

102.1.30. mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;

və 

Maddə 106. Azadolmalar və güzəştlər

...

106.1.20. mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi

Maraqlı məsələ odur ki, sadələşdirilmiş vergi ödəyiciləri vergi orqanlarına rüblük sadələşdirilmiş vergi hesabatı təqdim edirdisə, gəlir vəya mənfəət vergisi ödəyicisi olduqdaan sonra ödəniş və hesabatların təqdim olunması öncəkinə nisbətən fərqli və mürəkkəb olacaq.

Vergi ödəyicilərinə xidmət göstərən hüquqi və fiziki şəxslər müvafiq olaraq illik mənfəət və gəlir vergisi üzrə hesabat təqdim etməklə yanaşı rüblük olaraq cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməli və müvafiq olaraq cari vergi ödəmələrini həyata keçirilməlidir. 

Vergi Məcəlləsinin 151.1 və 152.2-ci maddələri öncəki dövrdə mənfəət vəya gəlir vergisi üzrə  hesabatları təqdim edən hüquqi vəya fiziki şəxslər üçün tətbiq edildiyindən, 01 yanvar 2019-cu il tarixdən sadələşdirilmiş vergi üzrə fəaliyyətinə qadağa qoyulan fiziki və hüquqi şəxslər üçün Vergi Məcəlləsinin 151.5-ci maddəsi tətbiq edilməlidir. İlk öncə  Vergi Məcəlləsinin tələblərini nəzərdən keçirək:

Maddə 151. Cari vergi ödəmələri

...

151.5. Əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyicilərinin (bundan sonra — əvvəllər fəaliyyəti olmayan vergi ödəyiciləri) cari vergi ödəmələri aşağıda göstərilən qaydada həyata keçirilir:

151.5.1. Əvvəllər fəaliyyəti olmayan vergi ödəyicilərinin mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələri təqvim ili ərzində rüblər üzrə artan yekunla bu Məcəllə ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablanır.

151.5.2. Cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır.

151.5.3. Əvvəllər fəaliyyəti olmayan vergi ödəyiciləri rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidirlər.

151.5.4. Cari vergi ödəmələri bu Məcəllənin 151.5.3-cü maddəsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün əvvəllər fəaliyyəti olmayan vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə bu Məcəllənin 59-cu maddəsində nəzərdə tutulmuş qaydada faiz tutulur.

151.5.5. Bu Məcəllənin 151.5.4-cü maddəsində müəyyən edilmiş faiz bu Məcəlləyə müvafiq olaraq aparılmış vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş vergilər üzrə cari vergi ödəmələrinə münasibətdə bütün ötmüş müddətə ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

Mks.az saytının ekspertləri oxucularımız üçün 01 yanvar 2019-cu ildən sonraki dövr üçün hesablanmasını misalla təqdim edir:

"A" müəssisəsi vəya Əliyev Vəli adlı fərdi sahibkarın 2019-cu ilin 1-ci rübündə cəmi gəliri 5 000 manat olub. Fərz edək ki, həmin dövr üzrə xərci 1000 manat təşkil edib.

Bu zaman vergi ödəyici cari vergi məbləği haqqında arayışında 5000 manat gəlir və 1000 manat xərci qeyd etdikdən sonra yaranan 4000 (5000-1000) manatlıq mənfəət vəya gəlirin 20 faizi qədər vergi hesablanır: 4000 x 20 faiz= 800 manat. Vergi Məcəlləsinin 151.5.2-ci maddəsinə əsasən, cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmasına qadağa qoyulub. Bu səbəbdən hüquqi şəxs vəya fiziki şəxs ən azı hesablanmış verginin 75 faizi qədər cari vergi ödəməlidir: 800 manat x 75 faiz= 600 manat. Hüquqi vəya fiziki şəxs 5000 manatlıq dövriyyə əsasən, 15 aprel 2019-cu il tarixədək ən azı 600 manatlıq cari vergi ödəmələrini həyata keçirilməlidir.  Bir məsələni qeyd edək ki, vergi ödəyicisi istəsə yekun gəlirinn 80 vəya 100 faizi qədər də cari vergi ödəməsi apara bilər. Amma vergi ödəyicisinin cari vergi ödəmələri üçün gəlirin 75-dən aşağı faizini tətbiq etmək hüququ yoxdur.

Sual oluna bilər ki, Məcəlləyə əsasən, mikro sahibkarlıq subyektlərinə verilən 75 faizlik güzəşt cari vergi ödəməsinə şamil olunmalıdır? Xeyr, güzəşt gəlir vergisinə tətbiq olunduğundan cari vergi ödəmələrinə hər hansı güzəşt tətbiq olunmur. Vergi ödəyicisi 2019-cu ilin 4 rübü üzrə hesabatları təqdim etdikdən sonra, il üzrə yekun gəlirə 75 faiz güzəşt tətbiq etdikdən sonra, artıq ödəmələr hesabına formalaşan məbləği dövlət büdcəsindən geri ala bilər vəya gələcək dövrün vergiləri ilə əvəzləşdirilə bilər.

Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı

07 yanvar 2019-cu il tarixdən SATIŞDA

(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)

Mühasib və maliyyəçilərin stolüstü kitabı

- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi

Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları

Bonus: Xüsusi axtarış rejimli CD disk

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:

Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]

 "Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72[email protected]

 MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər