Vergilər Nazirinin müavini bəzi sahibkarları sadələşdirilmiş vergidən sui-istifadədə günahlandırdı
Vergilər nazirinin müavini Sahib Ələkbərov 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı ATV-də yayımlanan «İqtisadi zona» proqramının suallarını cavablandırıb
Sahib Ələkbərov gələn ilin əvvəlindən tətbiqinə başlanacaq daha bir ciddi islahat - sadələşdirilmiş vergi dərəcələrinin aşağı salınması, bu vergi növünün əhatə dairəsinin məhdudlaşdırılması, habelə ƏDV-yə cəlb edilən dövriyyənin tədricən genişlənməsi məsələsinə də aydınlıq gətirib. Qeyd edilib ki, sadələşdirilmiş vergi tətbiq olunarkən onun sahibkarlar üçün daha rahat iş şəraiti yaratmaqla yanaşı, normal vergi uçotunun formalaşdırılmasına da şərait yaradacağına ümid edilirdi və ilk dövrlərdə həqiqətən də belə olmuşdu. «Lakin son vaxtlar nə müşahidə olunur? Hazırda ölkə üzrə qeydiyyatda olan vergi ödəyicilərinin 90 faizindən çoxu sadələşdirilmiş vergi ödəyiciləridir. Vergi daxilolmalarında bu verginin xüsusi çəkisi isə 5 faizdən bir az çoxdur. Halbuki bir çox ölkələrdə bu göstərici 40 faiz civarındadır.
Son vaxtlar bəzi sahibkarlar sadələşdirilmiş vergidən bir vergidən yayınma sxemi kimi istifadə etməyə cəhd göstərməyə başlayıblar. Bir sıra böyük müəssisələr öz biznesini ayrı-ayrı xırda hissələrə «parçalayaraq» sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərir, digər vergiləri ödəməkdən yayınırlar. Üstəlik, onlar sadələşdirilmiş vergini 2 faizlə ödəmək üçün Bakıda fəaliyyət göstərsələr də, öz bizneslərini regionlarda qeydiyyatdan keçirirlər və bununla da vergi uçotu üçün ciddi problemlər yaradırlar. Bütün bunların qarşısının alınması məqsədilə Vergi Məcəlləsində zəruri dəyişikliklər edilib».
Qeyd edilib ki, sadələşdirilmiş vergi ləğv olunmayacaq. Lakin bəzi sahələr var ki, həmin fəaliyyət istiqamətləri üzrə iş qurmuş sahibkarlar sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər: «Məsələn, indiyədək dövriyyəsi kifayət qədər böyük olan bəzi sahibkarlar dövlətdən lisenziya aldığı halda, sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərirdilər. Amma gələn ildən bu, belə olmayacaq. Məlum olduğu kimi, yalnız xüsusi nəzarət tələb edən sahələrə lisenziya verilir və bu lisenziyaların sayı çox azdır. Topdansatış ticarətlə, eləcə də qızıl məmulatlarının, xəz-dəri məhsullarının satışı və bəzi digər fəaliyyət növləri ilə məşğul olan sahibkarlar da sadələşdirilmiş vergi ödəyicisi ola bilməyəcəklər».
Mənbə: "Vergilər" qəzeti
Vergi Qanunvericiliyi və Şərhlər Toplusu 2019 kitabı
07 yanvar 2019-cu il tarixdən SATIŞDA
(01 yanvar 2019-cu il tarixinə dəyişiklik və əlavələrlə)
Mühasib və maliyyəçilərin stolüstü kitabı
- Vergi Məcəlləsi
- Vergi qanunvericiliyinə aid normativ hüquqi aktlar
- Sosial sığorta qanunvericiliyi
Vergi Məcəlləsinə edilən bütün dəyişikliklərin bənd-bənd izahı: 200 MİSAL
Vergi məsələlərilə bağlı 50 aktual sualın cavabları
Bonus: Xüsusi axtarış rejimli CD disk
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
Əlaqə vasitələri: 012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın