Mikayıl Cabbarov: "Vergilər Nazirliyinin qarşısında iki mümkün istiqamət vardı.. ikinci yol daha məqbul hesab olunub"

Mikayıl Cabbarov: "Vergilər Nazirliyinin qarşısında iki mümkün istiqamət vardı.. ikinci yol daha məqbul hesab olunub"

Vergilər Naziri Mikayıl Cabbarov deyib ki, Vergilər Nazirliyinin qarşısında iki mümkün istiqamət vardı: birincisi, vergi yükünün artırılması, ikincisi də vergi yükünü azaltmaqla «kölgə»yə çəkilmiş bütün biznes strukturlarını və vergi ödəyicilərini geniş və bərabərhüquqlu vergitutmaya cəlb etmək. Nazir vurğulayıb ki, həm sosial ədalət, həm də iqtisadi nəzəriyyə prizmasından ikinci yol daha məqbul hesab olunub. Yəni Azərbaycan hökuməti vergi sistemində geniş spektrli islahatlara başlayarkən vergi yükünün artımı deyil, əksinə, vergi yükünün azaldılması istiqamətini seçib: «Burada cənab Prezidentin məsələyə baxışı və strateji göstərişləri əsasında, xüsusilə qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən muzdlu işçilərin və işəgötürənlərin vergi yükünün azaldılması qərarına üstünlük verildi. Bu, hazırda dövlətə ödənilən vergilərin həcminin əhəmiyyətli şəkildə azaldılması hesabına başa gəlsə də, tamamilə düşünülmüş və şüurlu şəkildə qəbul edilmiş qərardır. Dövlət qısa müddətdə mümkün itkiyə getməyə hazır olduğunu qəbul edir, bunun müqabilində isə gizli iş yerləri və gizli əməkhaqqı ödənişlərinin, ümumilikdə iqtisadiyyatın «kölgə»dən çıxması üçün geniş imkan yaranır. Bu, «kölgə iqtisadiyyatı»nda çalışan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə, ölkə iqtisadiyyatında gəlir mənbəyinə dəstək verilməsinə və bir sıra digər müsbət iqtisadi nəticələrə gətirib çıxaracaq qərardır. Bunun həyata keçirilməsi üçün vergi inzibatçılığı sərtləşəcək. Çünki artıq vergidən yayınma bəhanəsi - istər iqtisadi bəhanə, istərsə də sosial bəhanə aradan qaldırılmış olur. Bir daha vurğulayıram ki, birinci addımı dövlət atır. Dövlət öz büdcə gəlirlərinin bir hissəsindən bilərəkdən imtina edir ki, «kölgə iqtisadiyyatı»nın aradan qaldırılması üçün münbit şərait yaransın».

Həyata keçirilən islahatların uzunmüddətli xarakter daşıdığını deyən vergilər naziri qeyd edib ki, əməkhaqqının «kölgə»dən çıxması Azərbaycan iqtisadiyyatında bank kreditlərinin rolunun tam bərqərar olmasına da müsbət təsir göstərəcək: «Bu, bir faktdır ki, muzdla çalışan insanların de-yure sənədləşmələrində əməkhaqqı uyğunsuzluq təşkil edir, maaşlar aşağı məbləğdə göstərilir. Bu, həmin qrup vətəndaşların istər uzunmüddətli ipoteka, istərsə də qısamüddətli digər kreditlərə əlçatanlığı üçün ciddi məhdudlaşdırıcı amildir. Belə hallar öz növbəsində iqtisadiyyata da mənfi təsir göstərir. Ona görə də həyata keçirdiyimiz dəyişikliklər düşünülmüş və real iqtisadiyyatda tətbiqi ölçülə bilən islahatdır. Aparılan islahatların yalnız işçilər deyil, işəgötürənlər üçün də iqtisadi faydası düşünülüb. Konkret olaraq sosial sığorta ödənişlərində işəgötürənlərin yükü azaldığına görə iqtisadi və maliyyə nöqteyi-nəzərindən onların da iqtisadi stimulu nəzərdə tutulub. Bu islahatların həyata keçirilməsi ilə sahibkarların da biznes maraqları qorunmuş olur».

Mənbə: "Vergilər" qəzeti

"Kargüzarlıq: A-dan Z-yə" kitabı ARTIQ SATIŞDA + CD diski (qanunvericilik və nümünələr) 

"Kargüzarlıq: A-dan Z-yə" kitabı müvafiq milli normativ hüquqi aktların, dövlətlərarası standartların və ən yaxşı təcrübələrin öyrənilməsi əsasında hazırlanmışdır. Kitabda müəssisə və təşkilatların sənəd dövriyyəsində istifadə olunan sənədlərin tərtibinə və rəsmiləşdirilməsinə müəyyənləşdirilən spesifik və ümumi tələblər tək-tək nəzərdən keçirilmiş, sənədlərin dəyərinin ekspertizası, təşkilat və dövlət arxivlərində mühafizəsi, məhvi məsələləri ətraflı şəkildə izah olunmuş, işgüzar yazışmalar və danışıqlarda əməl olunmalı prinsip və normalara toxunulmuş, hər fəslin sonunda təcrübədə ən çox istifadə olunan sənəd nümunələri yerləşdirilmişdir.

Kitabın üzərində olan xüsusi proqram təminatlı CD diskə kargüzarlıq və arxiv işini əhatə edən bütün qanunvericilik aktları, Azərbaycanın qəbul etdiyi dövlətlərarası standartlar və kitaba daxil ediləndən daha çox sənəd nümunələri yerləşdirilib.
Kitabın qiyməti 28 manat, daimi müştərilərimiz üçün isə 24 manat təşkil edir. Kitabın istənilən ünvana çatdırılması ödənişsiz həyata keçirilir. Kitabı nəğd və ya köçürmə yolu ilə əldə edə bilərsiniz.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72[email protected]

 MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA

“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.

Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər