Bankın cari hesaba köcürməni qəbul etməməsi Vergi Məcəlləsinin hər hansı bir maddəsinə ziddiyyət təşkil edir?
Sual: Mən fərdi sahibkar, sadələşdirilmiş vergi ödəyicisi olaraq fəaliyyət göstərirəm. Göstərdiyim xidmətlərə görə ödənişlər nağdsız qaydada hesablaşma hesabına köçürülür. Eyni zamanda ƏDV ödəyicisi olan hüquqi şəxsin (müəssisənin) həmtəsisçisiyəm. Həmtəsisçi olaraq, həmtəsisçisi olduğum müəssisəyə iki tərəfli borc müqaviləsi əsasında borc vermişəm. Vergi Məcəlləsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olaraq fəaliyyətimdən əldə etdiyim gəliri (müvafiq vergilər ödənildikdən sonra qalan vəsaiti) istənilən yönümdə istifadə etmək hüququm vardır. Bunu nəzərə alıb, həmtəsisçisi olduğum müəssisəyə (borc müqaviləsi əsasında) köçürmə etmək üçün, cari hesablaşma hesabım olan banka müraciət etdim, lakin bank bu köçürməni qəbul etmədi. Sualım bundan ibarətdir ki, yuxarıda qeyd olunan və bank tərəfindən qəbul edilməyən köçürmə Vergi Məcəlləsinin hər hansı bir maddəsinə ziddiyyət təşkil edir?. (Qeyd edim ki, bu sualla əlaqədar eyni zamanda Maliyyə Bazarına Nəzarət Palatasına da müraciət etmişəm) Xahiş edirəm bu barədə mənə ətraflı cavab verəsiniz. Öncədən təşəkkürümü bildirirəm.
Cavab: Bildiririk ki, müəssisəyə digər şəxslər tərəfindən faizsiz borc verilməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. Borc tərəflər arasında qanunvericiliyə uyğun olaraq bağlanılan borc müqaviləsinə əsasən verilə bilər.
Qarşılıqlı əlaqəli olmayan şəxslər arasında bağlanmış müqaviləyə əsasən verilmiş faizsiz borc məbləğinə bazar qiyməti nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilməli olan faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Bax: Vergi Məcəlləsinin 14-cü və 123.1-ci maddələri.
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA
Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
012 564 86 85, 050 368 12 72, [email protected]
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın