Hansı Vergi ödəyicisinin ƏDV qeydiyyatını ləğv edib, sadələşdirilmiş vergi ödəyici olmasına icazə yoxdur?
Sual: Səhvən ƏDV qeydiyyatı ərizəsi təqdim edərək vergi orqanında ƏDV qeydiyyatına durmuşam. Bilmək istəyirəm ki, VM-nin 158.1-ci maddəsinə əsasən ƏDV-ə cəlb olunan əməliyyatların aparılmasının dayandırılmasına görə ƏDV qeydiyyatını ləğv edib yenidən sadələşdirilmiş vergi ödəyicisi ola bilərəmmi? Qeyd edim ki, minik avtomobillərinin icarəsi və lizinqi fəaliyyət növü ilə məşğulam.
Arzu Əliyeva Elşad, [email protected], Bərdə şəhəri (27.09.2018)
Cavab: Bildiririk ki, lizinq fəaliyyətindən və əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslər sadələşdirilmiş vergini tətbiq edə bilməzlər.
Eyni zamanda bidiririk ki, əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslər bu fəaliyyətlə yanaşı, digər fəaliyyət növləri ilə məşğul olduqda isə digər fəaliyyətdən əldə etdiyi gəlirlərə sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdir. Bu halda əmlakın icarəyə verilməsi və digər fəaliyyət növləri üzrə əldə edilən gəlirlərin və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılmalıdır.
Bax: Vergi Məcəlləsinin 218.5-ci və 221.7-ci maddələri.
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA
Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
012 564 86 85, 050 368 12 72, [email protected]
Kitabın müəllifi Azərbaycan Respublikasının Auditorlar Palatasının Şura üzvü, sərbəst auditor Altay Cəfərovdur.
Kitab insan resursları mütəxəssisləri və mühasiblər üçün nəzərdə tutulub
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın