Vergilər Nazirliyindən əmək haqqının NAĞDSIZ ödənişi ilə bağlı 2 FƏRQLİ CAVAB?!

Vergilər Nazirliyindən əmək haqqının NAĞDSIZ ödənişi ilə bağlı 2 FƏRQLİ CAVAB?!

Sual: Könüllü ƏDV ödəyicisi olan, yəni dövriyyəsi ardıcıl 12 ayda 200.000 manatdan az olan ticarətlə məşqul olan vergi ödəyicisi işcilərinə əmək haqqını nağd formada kassadan ödəyə bilərmi? Belə ki, "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.4.4-cü maddəsində birmənalı olaraq göstərilmişdir ki, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatadək olan pərakəndə ticarətlə məşqul olan vergi ödəyiciləri istisna olmaqla digər ödəyicilər əmək haqqını mütləq olaraq nağdsız qaydada ödəməlidirlər.

Məmmədli Vüqar Əhməd, [email protected], Ağdaş şəhəri (26.09.2018) 

Cavab:  Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.4-cü maddəsinin müddəalarına uyğun olaraq ƏDV ödəyiciləri əmək haqlarını və s. sözügedən ödənişləri nağdsız qaydada ödəməlidirlər.

Bax: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.

Maraqlıdır ki, Vergilər Nazirliyi 30 yanvar 2018-ci il tarixdə cavabında dövriyyəsi 200 000 manatadək olan vergi ödəyicilərinin əmək haqqlarını nağd ödəmək hüququ olduğunu bildirmişdi. Bu məsələ ilə bağlı "Əmək Münasibətləri:A-dan Z-yə" kitabında geniş izah verilib.

MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə

- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]<

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər