Gəlirdən çıxılan xərclərlə bağlı maraqlı sual

Gəlirdən çıxılan xərclərlə bağlı maraqlı sual

Sual: Salam şirkət istehsalatla məşğuldur. Əsas xammal material xaricdən gəlir. Partnyorlar xaricdən gəlir istehsal prosesi ilə görüşlər olur, yəni sırf iş prosesi ilə əlaqəli. Bu zaman həmin görüşlərdə xərclənən ( qonaqlıq və s.) vəsait gəlirdən çıxılır? İstehsalatda çalışan işçilərə və ofis (bütün şirkət) yemək verilir . Bu gəlirdən çıxılır?
Muradova Hicran Baba, [email protected], Bakı (27.08.2018) 

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin bu cür fəaliyyət çərçivəsində çəkilən əyləncə və sosial xərcləri istisna olmaqla əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Qeyd edilənlərə əsasən gələn qonaqlar üçün ödənilmiş sosial xarakterli xərclərin, o cümlədən yemək xərclərinin, həmçinin şirkətin əməkdaşları üçün ödənilmiş yemək xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Bax: Vergi Məcəlləsinin 108-ci, 109.3-cü və 109.4-cü maddələri.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər