Vergi orqanına qeyri-adi halla bağlı müraciət
Sual: Mən Bilgəh qəsəbəsində bir obyektdə plastik qapı pəncərə sexində işləyirdim. Mən orada sadəcə işçi idim. Günlərin bir günü vergi işçiləri gəldi. Təbii ki, müdür uzun müddət vergi ödəmədiyindən ona böyük miqdarda cərimə düşürdü. Onun adında VÖEN olduğundan mənim adıma VÖEN açıldı və cərimə mənim adıma yazıldı. Mən dəfələrlə müdürə xatırlatsam da o bu işin üstünə düşmədi. Xahiş edirəm mənə bu barədə kömək edin. Mənim 1 manat qazancım olmadığı halda mən 40 manat necə ödəyə bilərəm? Sizdən xahişim VÖEN-i öz adımdan çıxartmaqda mənə kömək eləyin.
Bildiririk ki, bilavasitə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər vergi orqanına təqdim etdikləri müvafiq ərizə əsasında vergi uçotuna alınırlar. Vergi uçotuna alınmış vergi ödəyiciləri isə Vergi Məcəlləsinin 16-cı maddəsi ilə müəyyən edilmiş vəzifələrini vaxtlı-vaxtında yerinə yetirməyə borcludur, əks halda onlara qanunvericiliklə müəyyən edilmiş məsuliyyət tədbirləri görülə bilər.
Hüseynzadə Cavid Vasib, [email protected], Bakı (20.07.2018)
Cavab: Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.
Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.
Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən (http://www.taxes.gov.az/modul.php?name=qanun&news=1294) əldə edə bilərsiniz.
Bax: Vergi Məcəlləsinin 16-cı, 34.7.3-cü və 38.3.8-ci maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 19.05.2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” və 27 yanvar 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament.
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA
Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu - 2018 SATIŞDA
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın