Sürücü xidmətinin VÖEN qeydiyyatı ilə bağlı MARAQLI SUAL

Sürücü xidmətinin VÖEN qeydiyyatı ilə bağlı MARAQLI SUAL

Sual: Fiziki şəxs ona məxsus olan fərdi avtomobil ilə MMC-yə sürücülük xidməti göstərir və aylıq 1.200 AZN xidmət haqqı alır. O sabit vergi ödəyicisi kimi qeydiyyatdan keçə bilərmi?
Vətən Əkbərova Elxan, [email protected] (26.02.2018) 
Cavab: Bildiririk ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyiciləri kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək Vergi Məcəlləsinin 220.5-ci və 220.6-cı maddələrinin müddəalarına uyğun hesablanan sadələşdirilmiş vergini ödəməklə öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan «Fərqlənmə nişanı» almalıdırlar. Fəaliyyəti yalnız avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarından ibarət olan vergi ödəyiciləri vergi orqanlarına bəyannamə vermirlər.
 
Qeyd olunan məsələ ilə bağlı əlavə məlumatı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.
 
Bax: Vergi Məcəlləsinin 218.4.1-ci, 220.5-ci, 220.6-cı və 221.4-cü maddələri.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər