İki vergi ödəyici arasında icarə haqqı nəğd rəsmiləşdirilə bilər?

İki vergi ödəyici arasında icarə haqqı nəğd rəsmiləşdirilə bilər?

Sual: Fiziki şəxs (vergi ödəyicisi) digər fiziki şəxsdən (vergi ödəyicisi) icarəyə verdiyi daşınmaz əmlak üçün icarə haqqını nağd qaydada alaraq ciddi hesabat blankı olan kassa mədaxil orderi vasitəsilə rəsmiləşdirə bilərmi?
Məmmədov Azad Yaqub, [email protected], Gəncə (30.06.2018)

Cavab: Bildiririk ki, mövcud qanunvericiliyə əsasən fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
Bu baxımdan da sorğunuzda qeyd olunan fiziki şəxs icarəyə verilən əmlaka görə vergi ödəyicisinə elektron qaimə-faktura verməli, bununla yanaşı isə göstərilən xidmətin müqabilində edilən ödənişin alınmasını təsdiqləyən mədaxil qəbzini təqdim etməlidir.
Bax: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2004-cü il tarixli 118 nömrəli qərarı, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-02 nömrəli 09 yanvar 2013-cü il tarixli “Ciddi hesabat blanklarının tətbiqi və uçotunun aparılması Qaydaları”.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər