Lisenziya qaydaları pozularaq artıq istehsal olunmuş məhsul müsadirə olunmalıdır?

Lisenziya qaydaları pozularaq artıq istehsal olunmuş məhsul müsadirə olunmalıdır?

Sual: Müəssisə lisenziyalı fəaliyyətlə məşğuldur. Lisenziya qaydaları pozularaq daha çox məhsul istehsal olunmuş, ancaq daha çox istehsal etdiyimiz məhsulun vergiləri düzgün bəyan edərək ödənilib. Lisenziya qaydaları pozularaq artıq istehsal olunmuş məhsul satılıb. Bu halda məhkəmədə əldə edilən gəlirin hamısı müsadirə olunur yoxsa müsadirə olunan gəlirə çəkilmiş xərc nəzərə alınır?
Knyazov Məhəmməd Kamran, [email protected], Bakı (30.06.2018)

Cavab: Bildiririk ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Bu əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur.
Bu əməl xeyli məbləğdə (iyirmi min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Qeyd olunan məsələ ilə bağlı ətraflı məlumatın alınması üçün İqtisadiyyat Nazirliyinə və Ədliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Bax: İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsi, Cinayət Məcəlləsinin 192-ci maddəsi.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər