Aliexpress, Ebay ve yaxud Amazon kimi saytlardan alınan malların vergi öhdəliyi

Aliexpress, Ebay ve yaxud Amazon kimi saytlardan alınan malların vergi öhdəliyi

Sual: Salam. Aliexpress, Ebay ve yaxud Amazon kimi saytlardan hər hansı mal aldıqda ona vergi faizi varmi? Varsa nə qədərdir?
Ələkbərov Şəmsi İxtiyar, Bakı (25.06.2018) (Oxunub: 10 dəfə, ID: 17182)

Cavab: Bildiririk ki, virtual ticarət meydanlarından malların elektron ticarət qaydasında alışına sayından asılı olmayaraq yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tətbiq olunmur.
Onu da qeyd edək ki, müəyyən şərtlər nəzərə alınmaqla fiziki şəxsin şəxsi istehlakı üçün alınan malların güzəştli qaydada (gömrük ödənişlərini, yəni gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq ödənilmədən) gömrük sərhədindən keçirilməsi nəzərdə tutulur və bu da öz əksini “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda tapmışdır.
Beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirilə bilər.
Həmin Qaydalarla tanış olmağınızı, aydın olmayan məqamlar barədə məlumatın alınması üçün aidiyyəti üzrə bu sahədə səlahiyyətli qurum olan Dövlət Gömrük Komitəsinin 195-7 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.
Bax: Vergi Məcəlləsi 20.5-ci və 169.1-ci maddələri, Gömrük Məcəlləsinin 1.0.17-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2012-ci il tarixli, 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

 
 
 

1 Komment

  1. Kenan 16 Dekabr 2019

    Men deyeyek ki aliexpres ve ya alibabadan paltar ayaqqabi kofta bucur seyler getirsem bes onda nece?deyek ki 20 10ve ya 20den yuxari 50. 60edeonda nece? Vergi vermeliyem ki? Birde bu mallar picta gelir ya gomruye

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər