Elektron qaimə-fakturanın tarixi ilə təcrübəvi sual

Elektron qaimə-fakturanın tarixi ilə təcrübəvi sual

Sual: Sifarişçi bizim tərəfimizdən may ayında yazdığımız elektron qaimə-fakturasına əsasən, əsas məbləği (35.040 manat) 30 may 2018-ci il tarixində ödəyib, ƏDV-ni isə (6.307,20 manat) 01 iyun 2018-ci il tarixində depozit hesaba ödəyib. Elektron vergi-hesab faktura 31 may 2018-ci il tarixində verilib. Belə bir vəziyyətdə bu əməliyyat may ayı, yoxsa iyun ayı ƏDV bəyənnaməsində öz əksini tapmalıdır.
Elcnin Aliyev, [email protected] (20.06.2018)

Cavab: Bildiririk ki, ƏDV tutulan əməliyyatın vaxtı sifarişçi müqavilə üzrə təqdim edilmiş malların, göstərilmiş xidmətlərin, görülmüş işlərin dəyərini 30 gün müddətində ödədikdə ödəmənin həyata keçirildiyi vaxt, 30 gündən gec ödədikdə isə malların, xidmətlərin, işlərin təhvil verilməsindən 5 gündən gec olmayaraq verilmiş elektron vergi hesab-fakturasının tarixi, elektron vergi hesab-fakturası 5 gündən gec verildiyi halda isə malların, xidmətlərin, işlərin təhvil verilməsi tarixi hesab olunur.
Ödəmə dedikdə verilmiş elektron vergi hesab-fakturası əsasında 30 gün ərzində eyni vaxtda malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin hesabına, ƏDV məbləğinin isə ƏDV-nin depozit hesabına ödənilməsi nəzərdə tutulur
Sorğunuzda qeyd olunan halda ödəmə malların təqdim olunmasından 30 gün müddətində aparılmışdırsa ƏDV-nin elektron vergi hesab-fakturasında göstərilən məbləğ iyun ayında tam ödənildiyindən ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtı kimi iyun ayı hesab olunacaqdır.
Əks halda, yəni malların, xidmətlərin, işlərin təhvil verilməsindən 5 gündən gec olmayaraq verilmiş elektron vergi hesab-fakturası üzrə ödəniş 30 gün müddətində edilməmişdirsə, vergi tutulan əməliyyatın vaxtı malların təqdim edildiyi vaxt, yəni may ayı olacaqdır.
Eyni zamanda bildiririk ki, vergi ödəyicisi tərəfindən malların dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Bax: Vergi Məcəlləsinin 58.6-cı və 166.1-ci maddələri.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər