Vergilər Nazirliyinə təsisçidən borc haqqında 5 SUAL

Vergilər Nazirliyinə təsisçidən borc haqqında 5 SUAL

Sual: Sualım Sizin İD:17084-cü sual blokunun (İmanov Cavid Cavanşir oğlu tərəfindən verilib) 2-ci sualına Sizin cavabınızın dəqiqləşdirilməsi ilə bağlıdır : ”...təsiçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı...” (3-cü abzas)

1.“kreditlər üzrə faizlərin səviyyəsi” hansı rəsmi mənbəydən əldə oluna bilər ?
2. faizlərin hesablanmasında kreditlər üzrə faizlərin səviyyəsinin nəzərə alınma qaydası barədə məlumat verərdiniz və həmin qaydanın hansı normativ hüququ aktda (təlimatda) öz əksini tapması barədə də məlumatlandırardınız ?
3.”...təsisçiyə ödənilən faiz məbləğlərindən” (3-cü abzas) в– faizsiz verilmiş borcdan faizlərin təsisçiyə ödənilməsi nəzərdə tutulmur. Sizin cavabınızda yəqin ki “təsisçiyə ödənilməli olan faiz məbləğlərindən” söz ifadəsi nəzərdə tutulmuşdir”. Elədir?
4.”...ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub...”. Bu halda eyni zaman mənfəət vergi ödəyicisi olan müəssisənin vergiyə cəlb olunan mənfəətdən borc vəsaitinin faizlərinin məbləği çıxılmalıdır. Düzdür?
5.Təsisçi tərəfindən həm Azərbaycanda, həm də xaricdə təsis etdiyi müəssisəyə faizli borc məbləği verilə bilərmi?
Rauf Tofiq İbrahimov, [email protected], Bakı (20.06.2018)

1 və 2. Cavab: Bildiririk ki, kreditlər üzrə orta faiz dərəcəsi Mərkəzi Bank tərəfindən müəyyənləşdirilir. Odur ki, bu barədə məlumat almaq üçün Mərkəzi Banka müraciət etməyiniz tövsiyə olunur.
Eyni zamanda bildiririk ki, kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlərin hesablanması və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində verginin hesablanması qaydasını daha aydın olması üçün misal üzərində izah edək: Məsələn, hesab edək ki, təsisçi tərəfindən müəssisəyə verilmiş borc məbləği 2.000 manat, borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi 15%-dir. Bu halda ödəmə mənbəyində tutulmalı verginin məbləği 30 manata ( 2.000*15%*10%) bərabər olacaqdır.

Bax: Vergi Məcəlləsinin 14-cü, 18-ci və 110-cu maddələri.
3 və 4. Cavab: Bildiririk ki, qarşılıqlı surətdə asılı olan şəxslər arasında faizsiz borc məbləği üzrə tərəflər arasında müqavilə bağlandığı halda faktiki olaraq faiz öhdəliyi yaranmadığından gəlirdən çıxılan xərc elementi formalaşmır. Maliyyələşdirmə xidmətinin həyata keçirilməsi zamanı dövlət büdcəsinə ödənilməli verginin məqsədləri üçün hesablanmış faizlər yalnız vergitutma məqsədləri üçün tətbiq edilir.
5. Cavab: Bildiririk ki, müəyyən müddətə və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaiti kredit sayılır, kreditlərin verilməsi isə bankların və bank olmayan kredit təşkilatının fəaliyyətinə aid edilərək lisenziya tələb edən fəaliyyət növlərinin siyahısına daxil edilmişdir. Müvafiq olaraq da lisenziyası olmayan fiziki və ya hüquqi şəxs tərəfindən ona məxsus pul vəsaitlərin faiz ödəmək şərti ilə digər şəxsə verilməsi qanunun tələblərinə uyğun deyildir.
Qanunun tələblərinə uyğun olmayan fəaliyyət nəticəsində gəlirin əldə olunması həmin şəxsi vergi öhdəliklərindən azad etmir və bu şəkildə faiz gəlirlərini ödəyən vergi ödəyicisi 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergini tutmalı, bəyan etməli və dövlət büdcəsinə ödəməlidir.
Kredit siyasətinə dair əlavə məlumatın alınması üçün aidiyyəti üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etməyiniz məqsədəuyğundur.

Bax: Vergi Məcəlləsinin 96-cı və 123-cü maddələri.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər