Xarici vətəndaş pos terminal ödəniş edərsə...
Sual: Hotel fəaliyyəti zamanı müştərilərin yalnız xarici vətəndaşlardan ibarət olduğu üçün ödənişlər nağd şəkildə deyil, yalnız plastik kartla POS terminal vasitəsi ilə ödənilir. Müştəri nağd deyil Pos terminal vasitəsi ilə köçürmə edən zaman eyni məbləğə NKA çeki də verilməlidirmi? Əgər eyni məbləğə NKA çeki də verilməlidirsə eyni dövriyyənin 2 qat hesablanacağı barədə gələcəkdə vergi orqanı tərəfindən irad bildirilərmi? Xahış edirəm gələcəkdə bu halları nəzərə alaraq bizə rəsmi cavab verəsiniz.
Qalib Bayramov, bayramov8gmail.com, Bakı (20.06.2018)
Cavab: İstehlakçının hüquqununun təmin olunması məqsədi ilə xidmətin dəyəri nağdsız qaydada POS-terminal vasitəsi ilə ödənildikdə vergi ödəyicisi tərəfindən alıcıya məbləğin ödənildiyini təsdiqləyən POS-terminal çıxarışı ilə yanaşı Vergi Məcəlləsinin 50.8-ci maddəsində qeyd olunan göstəriciləri özündə əks etdirən NKA çekləri də təqdim edilməlidir.
Vergitutma məqsədləri üçün eyni məbləğin həm POS-terminala, həm də nəzarət-kassa aparatına daxil edilməsi halı nəzərə alınaraq bu əməliyyatlara bir əməliyyat kimi baxılmalı və bəyannamə tərtib edilərkən əməliyyatların biri nəzərə alınmalıdır.
Bax: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu, 50.8-ci və 58.7-ci maddələri, Azərbaycan Respulikasının 19.09.1995-ci il tarixli, 1113 nömrəli “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu.
SATIŞDA OLAN NƏŞRLƏRİMİZ
0 Komment
Şərh yazın