İşçi tam ştatdan yarım ştata keçərsə, gəlir vergisi üzrə hansı dəyişiklik olacaq?
Sual: İşçi müəssisədə tam ştat işləyir. Ayın 14-dən əsas iş yerində işdən çıxıb həmin müəssisədə yarım ştat olaraq işləməyə davam edərsə (işçi əmək kitabçasını işlədiyi müəssisədən götürür) həmin işçinin əmək haqqından gəlir verigisi necə hesablanır?
Amid Zəkiyev, [email protected] (20.06.2018)
Cavab: Bildiririk ki, işçinin vergi tutulan aylıq gəliri 2500 manatdək olduqda əmək haqqından muzdlu işlə əlaqədar əldə olunan gəlir vergisi 14 % dərəcə ilə, 2500 manatdan artıq olduqda 350+2500 manatdan artıq olan hissədən 25% dərəcə ilə hesablanıb dövlət büdcəsinə ödənilməlidir. Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində nəzərdə tutulan guzəşt fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəlirinə tətbiq edildiyi üçün sorğunuzda qeyd edilən halda əmək haqqı hesablanarkən əmək kitabçanız əmək haqqının hesablandığı iş yerində olmadığından qeyd edilən guzəşt tətbiq edilmir.
Bax: Vergi Məcəlləsinin 101.1-ci və 102.1.6-cı maddələri.
SATIŞDA OLAN NƏŞRLƏRİMİZ
2 Komment
Zahid 30 Sentyabr 2018
Salam,həkim yarım ştat calışırsa,1 ayda necə dəfə gecə növbəsinə cıxmalıdı?Təşəkkür edirəm
İsayev Umud 07 Aprel 2020
İşçi təhsilə əlaqədar yarımştata keçib təhsil formasını dəyişərək qiyabi təhsil formasına keçirdib və əvvəlki kimi tamştata keçmək istəsə bununla bağlı universitetdən sənəd gərəklidir i təşəkkürlər.
Şərh yazın