Nəqliyyat vasitəsinə çəkilən xərc: təmir, yoxsa istismar?
Sual: Müəssisə nəqliyyat vasitələri üçün onların aid olduqları servis məntəqələrinə vaxtaşırı yağdəyişmə (bu xidmətə sürtgü yağları, yağ, hava, yanacaq, kondinsionerlər üçün filtirlər daxildir) texniki baxış və s. xidmətlərə görə vəsait ödəyir. Bu xidmətlərə görə ödənilmiş vəsaitlər müəssisənin təmir xərclərinə aid edilə bilərmi? Əgər təmir xərclərinə aid edilərsə, həmin xərclər nəqliyyat vasitələrinin qalıq dəyərinin 5 %-dən çox olarsa, bu halda Vergi Məcəlləsinin 115.2-ci maddəsinə əsasən həmin 5 %-dən artıq olan məbləğ nəqliyyat vasitələrinin qalıq dəyərinin artırılmasına aid etmək olarmı?
Cavab: Bildiririk ki, mövcud avadanlığın gündəlik istifadəsi məqsədi ilə çəkilən xərclər təmir xərcləri kimi deyil, istismar xərcləri hesab olunmaqla gəlirin əldə olunması üçün çəkildiyi halda bilavasitə gəlirdən çıxıla bilər.
Bax: Vergi Məcəlləsinin 108-ci maddəsi.
SATIŞDA OLAN NƏŞRLƏRİMİZ
0 Komment
Şərh yazın