Səyyar vergi yoxlaması zamanı dəvət olunan ekspertiza mütəxəssisi ilə bağlı MARAQLI HAL

Səyyar vergi yoxlaması zamanı dəvət olunan ekspertiza mütəxəssisi ilə bağlı MARAQLI HAL

Sual: Şirkət mənfəət hesabına həyətyanı sahədə qaraj tikdirib. Qarajı tikən firma öz vergisini ödəyib. Qarajın dəyəri xərclərə salınmayıb, mənfəət hesabına aparılıb. Lakin səyyar vergi yoxlaması zamanı qarajın dəyərinin çox olduğunu sübüt etmək məqsədilə ekpertiza üçün mütəxəssis dəvət edilib. Əgər mütəxəssis qarajın dəyərinin çox olduğunu sübüt etsə, bu zaman necə bir vergi öhdəliyi yaranır? Növbəti addımlar nədən ibarət olur?
Könül Rəhimova, Bakı

Cavab: Bildiririk ki, ekspertlərin dəvət olunması vergi orqanlarına verilən bir hüquqdur və vergi orqanı bu hüquqdan vergilərin düzgün hesablanmasını müəyyən etmək üçün istifadə edə bilər.
Ekspertin köməyi ilə xərclərin şişirdilməsi və müvafiq olaraq vergi tutulan məbləğin azaldılması sübuta yetirildikdə, azaldılmış vergi məbləği müəyyən olunur, eyni zamanda azaldılmış vergi məbləğinin 50 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunur. Qeyd olunanlar səyyar vergi yoxlamasının aktı ilə rəsmiləşdirildikdən sonra vergi orqanının qərarında öz əksini tapır.
Əlavə olaraq bildiririk ki, istismar müddəti 1 ildən,dəyəri 500 manatdan artıq olan qarajın tikilməsinə çəkilən xərclər gəlirdən birbaşa deyil, qaraj əsas vəsait kimi uçota alındıqdan sonra amortizasiya ayırmaları şəklində çıxılmalıdır.
Əlavə məlumata zərurət yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: Vergi Məcəlləsinin 13.2.17-ci, 23.1.14-cü, 24.1-ci, 58.1-ci və 109.1-ci maddələri.

 

SATIŞDA OLAN NƏŞRLƏRİMİZ

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər