İcarə haqqı fəaliyyəti ilə bağlı yanlış yanaşmaya düzgün baxış
Sual: A (icarə verən) hüquqi şəxs B (icarədə olan) VÖEN-lə fəaliyyət göstərən fiziki şəxsə ayda 200 manat illik 2400 (iki min dörd yüz) manat olmaqla daşınmaz əmlakı icarəyə verib. İcarədə olan hər ayın icarə haqqın (yəni 200 manatın) 14%-yəni 28 manatı saxlayıb büdcəyə ödəməklə 172 manatı isə icarə vərən (A) hüquqi şəxsin kassasına (xəzinəsinə) mədaxil ordein qəbz hissəsini almaqla ödəyir (Əlbətdəki, “Nağdsız hesablaşmalar haqqında” qanunun şərtlərinə əməl etməklə). B (icarədə olan) VÖEN-lə fəaliyyət göstərən fiziki şəxs ödəmə mənbəyindən tutulan vergi bəyannaməsində bu əməliyyat göstərir. Bu belə olmalıdır ya yox?
Zahid Bağirov Gülhəsən, [email protected], Lənkəran r-nu (07.06.2018)
Cavab: Bildiririk ki, rezident hüquqi şəxsə ödənilən icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə verginin tutulması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Sözügedən hüquqi şəxs icarə haqqını digər vergiyə cəlb olunmalı gəlirləri ilə cəmləyərək müvafiq xərcləri çıxmaqla 20 faiz dərəcə ilə mənfəət vergisini özü hesablamalı, bəyan etməli və ödəməlidir.
Bax: Vergi Məcəlləsinin 104.1-ci, 108-ci və 124.3-cü maddələri.
Satışda olan nəşrlərimiz:
1) Əmək Münasibətləri: A-dan Z-yə
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb. Nəşrə 3 yeni fəsil əlavə olunub.
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
3) MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR
Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi
4) Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA
15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),
8 MÖVZUDA ŞƏRHLƏR
(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)
Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma
Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]
0 Komment
Şərh yazın