ƏDV-lə bağlı təcrübədə tez-tez rastlaşa biləcəyimiz sualın cavabı
Sual: Şəxsə 10.03.2018-ci il tarixində 5.000 manat dəyərində (ƏDV-siz) mal təqdim edilmiş və şəxs həmin malın dəyərini və ƏDV hissəsini qanunvericiliklə müəyyən edilmiş qaydada həmin ayda ödəmişdir. Həmin ay üçün təqdim etdiyi bəyannamədə 5.000 manatın ƏDV-sini (900 manat) əvəzləşdirmişdir. Lakin növbəti ay alınmış mallar geri qaytarılmışdır. Bu halda şəxs əvəzləşdirdiyi 900 manat ƏDV-ni büdcəyə hansı formada qaytarmalıdır və ƏDV bəyannaməsində həmin əməliyyat hansı hissədə göstərilməlidir.
Hasil Əliyev, [email protected], Bakı (07.06.2018) (Oxunub: 35 dəfə, Orta qiymət: 5, ID: 17112)
Cavab: Bildiririk ki, malların geri qaytarılması ƏDV tutulan dövriyyənin dəqiqləşdirilməsinə əsas verən hallara aiddir. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə, yəni malların geri qaytarıldığı hesabat dövründə aparılır. Buna əsasən mart ayında təqdim edilmiş mallar aprel ayında geri qaytarıldığı halda vergi tutulan dövriyyə aprel ayında dəqiqləşdirilir və dəqiqləşdirilən dövriyyə ƏDV bəyannaməsinin 318-cu “ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə artırılan dövriyyə” sətrində əks etdirilir.
Vergi tutulan əməliyyatları dəqiqləşdirilməsi aparılan zaman ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisinin bəyannamədə göstərdiyi ƏDV-nin məbləğindən artıq olduqda, artıq məbləğ dəqiqləşdirilmə aparılan hesabat dövrü ərzində ödənilməli olan ƏDV sayılır və bu Məcəllənin 174-cü maddəsinə uyğun olaraq hesabat dövri ərzində ödənilməli olan verginin məbləğinə əlavə edilir.
Bax: Vergi Məcəlləsinin 163-cü və 174-cü maddələri və Vergilər Nazirliyinin 13.01.2017-ci il tarixli əmri ilə təsdiq edilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.
Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA
15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt
(Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),
8 MÖVZUDA ŞƏRHLƏR
(əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)
Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma
Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]
0 Komment
Şərh yazın