Satılan Malın alışını təsdiq edən sənəd yoxdursa, vergi yoxlaması zamanı cərimə tətbiq olunur?
Sual: Səyyar vergi yoxlaması zamanı satılmış malların alışını təsdiq edən müvafiq sənədlər olmadığı üçün vergi ödəyicisinin həmin malların alışı ilə bağlı xərcləri vergi orqanı tərəfindən nəzərə alınmayaraq bəyannamədə həmin xərclər azaldılmışdır. Belə olan halda əlavə olaraq Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi (58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda в– alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında) tətbiq edilə bilərmi? Həmçinin qeyd edim ki, həmin mallar satıldığı üçün faktiki olaraq yoxdur və inventarizasiya aparılsa aşkar edilməyəcək.
Hasil Əliyev, [email protected], Bakı (07.06.2018)
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi ilə müəyyən edilmiş maliyyə sanksiyası səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin yalnız sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin 130-1-ci 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadığı halda tətbiq edilir.
Bax: Vergi Məcəlləsinin 58.8-ci maddəsi.
ALTAY CƏFƏROVUN MÜƏLLİFİ OLDUĞU
MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR SATIŞDA
Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın