Elektron qaimə-fakturanın “mal adı” sətrində malın adını qeyd etməmək olar?
Sual: Ticarət təşkilatları malları satarkən, bir buraxılışda müxtəlif sayda (10, 50, 100 və s.) mal satır. Fərz edək ki, ticarət təşkilatının ixtisaslaşmış proqram təminatı yoxdur, var olsa da, mövcud e-qaimə sistemi ilə onlayn inteqrasiya edilməsinə icazə verilmir в– e-qaimə sisteminin texniki problemləri. Paketləyib e-qaimə sisteminə transfer edilməsinədə İstifadəçinin icazəsi yoxdur. Nəticədə e-qaiməni əllə doldurmaya məcburdur. Sual: e-qaiməni sətir məlumatlarını dolduranda mal qrupunu daxil edib, malın adı sahəsində bir qələmlə “Müxtəlif mallar” daxil edərək qaimənin yekun məbləğini “Yekun sahəsinə yazıb keçmək olarmı?
Ənvər Həmidov, Bakı
Cavab: Bildiririk ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən elektron qaimə-fakturanın tərtibatı zamanı, o cümlədən də hər bir malın (işin, xidmətin) adı, ölçü vahidi, miqdarı, buraxılış qiyməti, məbləği, aksiz məbləği və ƏDV-si göstərilməlidir.
Göründüyü kimi, sorğunuzda qeyd olunan şəkildə elektron qaimə-fakturanın tərtib olunması müvafiq Qaydaların tələblərinə uyğun deyildir.
Bax: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.
Əmək Münasibətləri: A-dan Z-yə SATIŞDA
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb. Nəşrə 3 yeni fəsil əlavə olunub.
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın