Vergilər Nazirliyinə vergi yoxlamalarının dayandırılması ilə bağlı sual
Sual: Vergi yoxlamalarının dayandırılması haqqında qanuna əsasən vergi yoxlamaları dayandırılıb. Vergi işçilərinin (Ərazi Vergilər İdarəsinin) hər hansı bir kiçik sahibkarı yoxlama qərarı açaraq yoxlamaq icazəsi var? İllik dövriyyəsi 120.000 manatdan az olan sahibkarları yoxlaya bilərmi? Yoxlama qərarı çıxardıb?
Teymur Süleymanov, Mingəçevir
Cavab: Bildiririk ki, hazırkı tarixə vergi yoxlamalarının dayandırılması barədə hər hansı rəsmi məlumat mövcud deyildir. Vergilərlə bağlı xəbərləri Vergilər Nazirliyinin rəsmi internet saytından (www.taxes.gov.az) izləyə bilərsiniz.
Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu SATIŞDA
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment
Şərh yazın