Xaricdə müəssisəsi olan azərbaycanlı ölkəmizdə vergi ödəməlidir?

Xaricdə müəssisəsi olan azərbaycanlı ölkəmizdə vergi ödəməlidir?

Sual: Hörmətli VN əməkdaşları, Azərbaycan vətəndaşı (rezidenti) xarici ölkədə hüquqi şəxs təsis edərsə, bu zaman aşağıdakı yaranan suallara cavab vermənizi xahiş edirəm.
1. Təsisçi xaricdə Şirkətin təsis olunması haqqında Az.R-nın Vergilər Nazirliyinə məlumat verməlidirmi?
2. Təsisçi dividend əldə etməyibsə, Azərbaycan Respublikasında hər hansı bəyannamə verilməlidirmi?
3. Təsisçi dividend əldə etdiyi zaman xaricdə dividenddən ödənmiş vergilər necə nəzərə alınacaq və Azərbaycan Respublikasında bu barədə necə bəyannamə verməlidir?
Emin Suleymanov, [email protected], Bakı (04.06.2018) (Oxunub: 22 dəfə, ID: 17086)

Cavab: Bildiririk ki, Azərbaycan Respublikasının rezident hesab edilən fiziki şəxlər xarici ölkədə gəlir əldə etdikdə Azərbaycan Respublikasında vergi uçotuna dayanaraq xaricdə əldə etdikləri gəlirlərini “Gəlir vergisinin bəyannaməsi”ni təqdim etməklə bəyan etməli və hesablanmış gəlir vergisini ödəməlidir.
Bu halda rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi öhdəliklərinin müəyyən olunması zamanı nəzərə alınır. Bu zaman rezident digər dövlətdə ödənilən gəlir vergisini və ya gəlirdən hesablanan digər vergini xərc kimi gəlirdən çıxa bilmir, xaricdə vergiyə cəlb olunan gəlirləri də daxil olmaqla, bütün gəlirlərindən bu gəlirdən çıxıla bilən bütün xərcləri çıxır, yaranan fərqdən Azərbaycan Respublikasında qüvvədə olan vergi dərəcələri ilə gəlir vergisini hesablayır, hesablanmış vergi məbləğindən xaricdə ödənilən gəlir vergisini və ya gəlirdən hesablanan digər vergini çıxır, yerdə qalan məbləği isə büdcəyə ödəyir.
Bax: Vergi Məcəlləsinin 13.2.5.1-ci, 33-cü, 34-cü, 97-ci və 127-ci maddələri.

 

Əmək qanunvericiliyi və şərhlər toplusu – 2018 SATIŞDA

15 may 2018-ci il tarixinə olan dəyişikliklərlə 64 normativ hüquqi akt (Əmək Məcəlləsi, qanunlar, fərmanlar, NK və KM qərarları, qaydalar, sərəncamlar və s.),

8 MÖVZUDA ŞƏRHLƏR

 (əmək müqaviləsinin qeydiyyatı, xitamı, əmək kitabçası, sığorta şəhadətnaməsı, əmək haqqı, məzuniyyət, kompensasiya, müavinət  və sosial məzuniyyət hesablamaları, yoxlamalar, güzəştlər, cərimələr və s.)

Xüsusi axtarış rejimli CD disk və ünvana çatdırılma

Sifariş: (050) 368 12 72, (012) 564 86 85, [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər