Mənfəət vergisi bəyannaməsinin pul vəsaitləri bəndinin doldurulmasının misalla izahı

Mənfəət vergisi bəyannaməsinin pul vəsaitləri bəndinin doldurulmasının misalla izahı

Sual: Mənfəət bəyənnaməsinin 1 saylı əlavəsinin 1.5 - Pul vəsaitləri bəndində (Dövr ərzində daxil olmuşdur, Dövr ərzində silinmişdir) göstərilməli məbləğ olmalıdır:
1. Burada göstərilən rəqəm şirkətin bütün-kassa, hesablaşma, valyuta hesabları, depozit hesabları arasında daxili ötürmələr də (məsələn; xəzinəyə kənar satışdan gəldi 20.000 manat, xəzinədən hesablaşma hesabına 15.000 manat qoyuldu, ordan 14.000 manat konvertasiya olub valyuta hesablarına qoyuldu və 13.800 manat mal üçün xaricə ödənildi, bank xərci 100 manat silindi. 20.000+15.000+14.000=39.000 manat) toplanmaqla yazılır?Yaxud:

2. Burda göstərilən rəqəm yalnız şirkətə satışdan, xidmətdən, təsisçidən və sair kənardan daxil olmadan və kənar xaric olmalar (məsələn;xəzinəyə kənar satışdan gəldi 20.000 manat, xəzinədən hesablaşma hesabına 15.000 manat qoyuldu, ordan 14.000 manat konvertasiya olub valyuta hesablarına qoyuldu burda yalnız 20.000 manat kənar daxilolmadır) yazılır?
Muradova Hicran, Bakı


Cavab: Bildiririk ki, “Mənfəət vergisinin bəyannaməsinə Əlavə №–1”in 1.5-ci ( Pul vəsaitləri) sətirinin “Hesabat dövrünün əvvəlinə” sütununda hesabat dövrünün əvvəlinə olan pul vəsaitlərinin qalığı, “Dövr ərzində daxil olmuşdur” sütununda dövr ərzində kənardan yeni daxil olmuş pul vəsaitlərinin məbləği (sorğunuzda qeyd edilmiş halda 20.000 manat), “Təqdim edilmiş,silinmiş və ləğv edilmişdir” sütununda isə dövr ərzində təqdim edilmiş, ləğv edilmiş və silinmiş pul vəsaitlərinin məbləği manatla əks etdirilir. “Hesabat dövrünün sonuna” sütunun xanalarında əks etdirilməli pul vəsaitlərinin məbləği aşağıdakı qaydada müəyyənləşdirirlir:
- pul vəsaitlərinin ilin əvvəlinə qalığı üstəgəl “Dövr ərzində daxil olmuşdur” sütununda əks etdirilmiş məbləğ çıxılsın “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununun müvafiq sətrilərində əks etdirilmiş məbləğlər.
Bax: Vergilər nazirinin 13.01.2017-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nə Əlavə №–1in tərtib edilməsi Qaydası”.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər