ƏDV-nin əvəzləşdirməsi halları ilə bağlı maraqlı sualların cavabları

ƏDV-nin əvəzləşdirməsi halları ilə bağlı maraqlı sualların cavabları

Sual: Təmsil etdiyim A şirkət B şirkətindən material almışdır. B şirkəti öz növbəsində e-qaimə göndərmişdir. Lakin B şirkətinə əsas məbləği ödəməyə vəsait olmadığı üçün yalnız ƏDV ödənmişdir. Xahiş edirəm aşağıdakı suallara aydınlıq gətirib ətraflı şəkildə məlumat verəsiniz.

1 . ƏDV ödənildikdən sonra hansı müddətdə əsas məbləğ ödənilməlidir?
2. Əgər hansısa müddət varsa və bu müddətdə ödənilməyibsə hər hansı bir maliyə sanksiyası varmı?
3. Ödənilmiş ƏDV əvəzləşdirmədə iştirak edə bilərmi?
4. Əgər iştirak edə bilmirsə, lakin əvəzləşmə artıq həyata keçirilibsə, buna görə maliya sanksiyası varmı?
Rauf Mədətov, Sumqayıt


Cavab: Bildiririk ki, vergi ödəyicisinə verilmiş elektron vergi-hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği ödənilməlidir.
Eyni zamanda bildiririk ki, maliyyə sanksiyası vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında tətbiq edilir.
Əvəzləşdirmə ilə bağlı isə bildiririk ki, malların dəyəri ödənilmədən ƏDV məbləği ödənildiyi halda əvəzləşdirməyə yol verilmir.
Belə ki, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əsasən ƏDV-nin ödəyicisi tərəfindən ƏDV məbləğinin əvəzləşdirilməsi üçün:
- verginin məbləği xüsusi ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilməlidir;
- malın (işin xidmətin) dəyəri nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməlidir;
- alınmış mal (iş, xidmət) sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə olunmalıdır;
- vergi ödəyicisinə təqdim olunan mallara (işlərə, xidmətlərə) elektron vergi hesab-fakturaları verilməlidir.
Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq verginin əvəzləşdirilməsinə əsas verir.
Göstərilən tələblərə əsasən ödənilən ƏDV məbləğinin büdcədən əvəzləşdirilməsinə vergi qanunvericiliyində məhdudiyyət qoyulmur.
Bax: Vergi Məcəlləsinin 58.6-cı və 175-ci maddələri.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər