Elektron qaimə-fakturası olmayan icarə haqqı məbləğini gəlirdən çıxmaq olar?

Elektron qaimə-fakturası olmayan icarə haqqı məbləğini gəlirdən çıxmaq olar?

Sual: Biz şirkətin xaricdən gələn işçisinin yaşaması üçün Bakı şəhərində icarəyə ev götürürük. Xarici vətəndaşa işləmə icazəsi alınıb. İcarə müqaviləsi bağlanılıb, notarial qaydada təsdiq olunub. İÖMV hesablanılır, verilir. Amma o bizə elektron qaimə yaza bilmir. Bu zaman biz xərcin təsdiqedici sənədi kimi icarə verəndən nə almalıyıq? İcarəyə verənin VÖEN-i yoxdur, EQ-ə yaza bilmir.
Muradova Hicran, Bakı

Cavab: Bildiririk ki, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslər tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə göstərilən icarə xidmətlərinin müqabilində həmin fərdi sahibkarlara və hüquqi şəxslərə elektron qaimə-fakturanın təqdim edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Bax: Vergi Məcəlləsinin 16.1.11-6-cı, 71-1-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər