
Mühasib səhvini öncədən düzəltsə, maliyyə sanksiyası tətbiq olunmaya bilər?
Sual: Müəssisə alınmış malın dəyərini ödəyərkən səhvən əsas məbləği odəyib, amma ƏDV məbləğini 3 gündən sonra ödəyib. Qanunvericiliyin tələbinə uyğun olaraq əsas məbləğ ödənildiyi gündən gec olmayaraq ƏDV məbləği də ödənilməlidir, əks halda ƏDV məbləğinin 50%-i həcmində sanksiya tətbiq edilir. Bilmək istərdim, yoxlama başlamamışdan öncə müəssisə öz səhvini necə düzəldə bilər ki, bu cəriməyə məruz qalmasın?
Anar Miriyev, Bakı şəhəri
Cavab: Bildiririk ki, sorğunuzda qeyd edilmiş əməliyyat artıq baş verdiyi və qüvvədə olduğu səbəbindən yol verilmiş vergi qanunvericiliyi pozuntusunun aradan qaldırılması mümkün deyildir.
Bax: Vergi Məcəlləsinin 58.6-cı maddəsi.
0 Komment
Şərh yazın