Vergi ödəyicisi bank hesabından maximum nə qədər məbləğdə vəsait çıxarda bilər?
Sual: Sahibkar bank hesabından təqvim ayı ərzində hansı həcmdə pul vəsaitini nağd qaydada çıxara bilər? Nağd qaydada çıxarılan vəsaitlə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət nəzərdə tutulubmu?
Tağıyev Nahid Şəmkir, [email protected], Sumqayıt (01.06.2018)
Cavab: Bildiririk ki, vergi ödəyicisi tərəfindən nağd qaydada hesablaşmalar “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində göstərilən hədd daxilində, yəni təqvim ayı ərzində ƏDV ödəyiciləri və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə 15.000 manatdan artıq olmamaqla həyata keçirilməlidir. Sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən bu həddən yuxarı məbləğlər üzrə ödənişlər isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Əks təqdirdə ödənişi həyata keçirən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsində göstərilən maliyyə sanksiyaları tətbiq edilir.
Xatırladaq ki, vergi ödəyicisi olan təsisçi tərəfindən tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesabından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş vergi tutulur.
Bax: Vergi Məcəlləsinin 58.7-1.1-ci və 220.12-ci maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3-cü maddəsi.
5 Komment
Şahin Mirzəyev 09 İyul 2020
Müəssisə əgər Dövlətdən sifariş alırsa o zaman hesabdan qanunla müəyyən olunmuş qədər vəsait çıxara bilər? Əksər banklar daxil olan vəsaitin büdcədən gəldiyini əsas tutaraq nağd vəsait verməkdən imtina edirlər. Bu məsələ qanunvericiliklə tənzimlənirmi?
Elşən Musayev 23 Avqust 2021
Salam Sahibkar fiziki şexs kend teserrüfatı məhsullarının istehsalı ve satışı ile meşğul olan Qanunla hesabına köçün pulu ay erzinde ne qeder neğdleşdire bilet.
Elşən Musayev 23 Avqust 2021
Salam Sahibkar fiziki şexs kend teserrüfatı məhsullarının istehsalı ve satışı ile meşğul olan Qanunla hesabına köçün pulu ay erzinde ne qeder neğdleşdire bilet.
Elnur 22 Sentyabr 2022
Salam MMC nin hesabına dövlət büdcəsindən gələn vəsaiti nağdlaşdırmaq məqsədi ilə banka müraciət etdim. Bankdan bildirdilər ki mən vəsaiti nağdlaşdıra bilmərəm səbəb onu göstərdilər ki vəsait büdcədən gəlib. MMC olaraq biz kənd təsərrufatı malları əsas meyvələr satırıq. Meyvələri alarkən vergi ödəyicisi olmayan kənd sakinlərindən alırıq aldığımız mala elektron qaydada mal alışı aktı yazırıq. Sualım aldığımız məhsulun dəyərini vöeni olmayan kəndliyə necə ödəməliyik. Əvvəlcədən Təşəkkür edirəm.
Müstəqim 15 Mart 2023
Salam. Yuxarıdakı sualın cavabı Qapalı Səhmdar Cəmiyyətlərə nə dərəcədə aiddir? Qapalı Səhmdar Cəmiyyətlərin bank hesablarında olan vəsaitlərin nağdlaşdırılmasında da məhdudiyyət varmı? Varsa necə tənzimlənir? Təşəkkürlər.
Şərh yazın