ƏDV-dən azad olunan əməliyyatlar üzrə əvəzləşdirmə

ƏDV-dən azad olunan əməliyyatlar üzrə əvəzləşdirmə

Sual: Mənim sualım ƏDV-dən azad olunan əməliyyatlar ilə bağlıdır. VM-nin 164.1.18-ci maddəsi ilə dövriyyə əməliyyatları həyata keçirilibsə aylıq ümumi dövriyyənin xüsusi çəkisi deyəndə (VM 174.5) neçə %-i nəzərdə tutulur və nəticədə əvəzləşdirilən ƏDV məbləğindən nə qədər məbləğ çıxılmalıdır? Bu qarışıq əməliyyatlar zamanı (həm ƏDV-yə cəlb olunan, həm də ƏDV-dən azad olunan əməliyyatlar zamanı) necə tənzimlənir?
Ülkər Məmmədova Tofiq, [email protected], Bakı (26.05.2018)
Cavab: 
Bildiririk ki, vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən həmin əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) satışı üzrə uçot ayrı-ayrılıqda (ƏDV-dən azad olunan malların satışı üzrə ayrılıqda sənədləşdirilmiş məlumatlar mövcud olduqda) aparıldığı halda ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir.
Mallar (işlər, xidmətlər) üzrə uçot sənədləşdirilmiş məlumatlar üzrə ayrı-ayrılıqda aparılmadıqda ƏDV-nin əvəzləşdirilməsi Vergi Məcəlləsinin 175.4-cü maddəsinə uyğun olaraq aparılmalıdır. Bu halda vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisi tapılır və əvəzləşdirilmə üçün ƏDV-nin məbləği qeyd olunan xüsusi çəkiyə uyğun müəyyən edilir.

Bax: Vergi Məcəlləsinin 175.4-cü maddəsi.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər