Vergi ödəyicisi ƏDV-ni depozit hesabına ödəmədikdə maliyyə sanksiyası...

Vergi ödəyicisi ƏDV-ni depozit hesabına ödəmədikdə maliyyə sanksiyası...

Sual: ƏDV qeydiyyatında olmayan vergi ödəyicisi (Alıcı) ƏDV ödəyicisi olan şəxsdən (Satıcı) aldığı malın, işin, xidmətin qarşılığında ödənişi bütünlüklə (ƏDV daxil olmaqla) Satıcının bank hesabına ödəyir. Yəni Alıcı alınmış malın, işin, xidmətin ƏDV-sini Satıcının ƏDV Depozit hesabına deyil, bank hesabına ödəyir. Xahiş edirəm qeyd olunmuş ödənişə görə alıcının qanunvericiliyin tələblərini pozmadığı haqda Vergilər Nazirliyinin rəsmi mövqeyini bildirəsiniz.
Xəyal Ş., [email protected] (26.05.2018) 

Cavab: Bildiririk ki, ƏDV ödəyiciləri, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron vergi hesab-fakturaları üzrə ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir, əks halda tələbə riayət etməyən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.6-cı maddəsində qeyd olunan maliyyə sanksiyası tətbiq olunur.

Digər vergi ödəyiciləri, o cümlədən də sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən ƏDV məbləğinin mütləq qaydada ƏDV depozit hesabına ödənilməsi tələbi mövcuq qanunvericilikdə nəzərdə tutulmur. Bununla belə, fəaliyyətin şəffaflığının təmin edilməsi məqsədi ilə elektron vergi hesab-fakturası ilə əldə edilmiş malların dəyərini ödəyərkən ƏDV məbləğinin ƏDV depozit hesabına ödənilməsi tövsiyə olunur.

Bax: Vergi Məcəlləsinin 58.6-ci, 175.1-ci və 175.8-ci maddələri.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər