Fiziki şəxs olan sahibkarlar həm təcrübəvi həm da aktual sual

Fiziki şəxs olan sahibkarlar həm təcrübəvi həm da aktual sual

Sual: VÖEN-i olan fiziki şəxs göstərdiyi xidmət əsasında elektron qaimə-faktura göndərir və xidmət haqqını bank hesabına alır. Bundan sonra bank hesabına gələn həmin vəsaiti nağdlaşdırır. Nağdalşdırdığı vəsaiti şəxsi məqsədləri üçün xərcləyir. Xahiş edirəm bildirərdiniz: VÖEN-i olan fiziki şəxs yuxarıda qeyd edilmiş halda xərclərinin açıqlamasını və xərcləri təsdiqləyən sənədləri yoxlama zamanı vergi orqanlarına təqdim etməlidir? Yəni, istehlak məqsədilə xərclədiyi həmin vəsaitlər vergi məqsədləri üçün uçota alınmalıdırmı?

Vüsal Səlimov, [email protected] (26.05.2018) 

Cavab:  Bildiririk ki, vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Bu baxımdan fərdi sahibkar vergi öhdəliklərini yerinə yetirdikdən və müvafiq rəsmiləşdirmə apardıqdan sonra sərəncamında qalan pul vəsaitlərini öz şəxsi istehlak məqsədləri üçün istifadə etmək hüququndadır. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsləri isə vergi ödəyicisinin yoxlamanın əhatə etdiyi dövr üzrə fəaliyyətininin yoxlanılması üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən tələb edə bilər.

Fiziki şəxs olan vergi ödəyicisinin şəxsi həyatına dair məlumatların, o cümlədən onun vergi öhdəliklərini yerinə yetirdikdən sonra sərəncamında qalan və müvafiq qaydada rəsmiləşdirməklə götürülmüş pul vəsaitinin şəxsi istehlak məqsədləri üçün xərcləri barədə məlumatların tələb edilməsi isə vergi orqanının səlahiyyətlərinə daxil deyildir. Onu da bildiririk ki, maliyyə-təsərrüfat fəaliyyətini təmin etmək məqsədi ilə aparılan məxaric əməliyyatları üzrə xərclənən nağd pul vəsaitlərinin hədləri “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğun müəyyənləşdirilir və müəyyən olunan həddən artıq vəsaitin xərclənməsi maliyyə sanksiyasının tətbiqinə əsas verir.

Maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi barədə məlumatın alınması üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

Bax: Vergi Məcəlləsinin 42-ci və 130-cu maddələri, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

 Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu SATIŞDA

 “Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
 

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər