Məzuniyyətə görə kompensasiyadan gəlir vergisi tutulur?
Sual: Əgər istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilirsə, bu məbləğ kompensasiya xarakterli ödəniş sayılaraq gəlir vergisindən azaddırmı?
Kərimov Sərvər Kərim, [email protected], Bakı (26.05.2018)
Cavab: Bildiririk ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir dedikdə əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir başa düşülür. Müvafiq olaraq işçiyə istifadə edilməmiş məzuniyyətə görə ödənilən vəsait isə ümumi qaydada gəlir vergisinə cəlb olunmalıdır. Bu zaman işçiyə istifadə edilməmiş məzuniyyət günləri üçün əvvəlki illərə görə ödənilən kompensasiyadan gəlir vergisi hesablanarkən ölkə üzrə yaşayış minimumunun 1 misli nəzərə alınmır, tam olmayan sonuncu iş ilinin kompensasiya haqqı isə verildiyi ayın əmək haqqı ilə birlikdə hesablanan zaman ölkə üzrə yaşayış minimumunun 1 misli vergitutulan gəlirdən çıxılır.
Bax: Vergi Məcəlləsinin 98.1-ci, 101-ci, 102.1.6-cı və 150-ci maddələri.
0 Komment
Şərh yazın