ƏDV və Gəlirdən çıxılan xərclə bağlı Maraqlı sual

ƏDV və Gəlirdən çıxılan xərclə bağlı Maraqlı sual

Sual: Biz xidmət sferası üzrə ƏDV ödəyicisiyik, bəzi xidmətə görə ödənişlər-məsələn İT sahəsində bizə göstərilən xidmətə görə 590 manat qaimə təqdim edilmişdir. Qaimə təqdim edildiyi anda ödəniş nağd formasında qarşı tərəfə ƏDV daxil 590 manat ödənilmişdir. Gördüyünüz kimi 90 manat ƏDV əvəzləşməsi mümkün deyildir. Bəs vergi qanunverciliyi icazə verirmi müəssisə 90 manat əvəzləşməyən ƏDV-ni gəlirdən çıxılan xərcə silsin? Müəssisə ancaq xidmət sferası üzrə fəaliyyət göstərdiyi üçün əvəzləşdirilməyən ƏDV-ni xərcə silməkdən başqa yol görmür.

Tural Elyarov, [email protected], Bakı (24.05.2018) (Oxunub: 24 dəfə, ID: 17048)
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq əvəzləşdirilməsinə icazə verilməyən ƏDV məbləği malların və ya xidmətlərin dəyərinə aid edilir və gəlirin əldə olunması ilə bağlı olduqda vergi tutulan gəlirdən çıxılır. Xatırladırıq ki, ƏDV ödəyiciləri, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron vergi hesab-fakturaları üzrə ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir, əks halda tələbə riayət etməyən vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.6-cı maddəsində qeyd olunan maliyyə sanksiyası tətbiq olunur.

Bax: Vergi Məcəlləsinin 58.6-ci, 108-ci və 175.8-ci maddələri.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər