İşçininin ödədiyi vəsait hansı halda onun gəliri hesab olunub-olmadığı halına aydınlıq

İşçininin ödədiyi vəsait hansı halda onun gəliri hesab olunub-olmadığı halına aydınlıq

Sual: İş görüşməsi zamanı şirkətin işçisinin qonaqlarin nahar yeməyinə çəkdiyi xərcləri (ödəniş çekləri və əmək haqqı kartından silinməsi qəbzi təqdim olunub) işçiyə geri qaytarmaq üçün hansı sənədləşmələr tələb olunur, bu ödəniş işçinin əmək haqqının üzərinə əlavə olunur, yoxsa təsərrüfat xərci kimi rəsmiləşdirilir? Əgər əmək haqqının üzərinə əlavə olunursa, necə rəsmiləşdirilir (Əlavə əmək haqqı, yemək xərcləri və yaxud başqa adla? Hansı sənədlər əlavə olunur?)? Təsərrüfat xərci kimi rəsmiləşdirilərsə, hansı sənədlər tələb olunur və bu əməliyyat zamanı hansı vergilər yaranır?

Mahizər Məmmədova, [email protected], Bakı (22.05.2018) (Oxunub: 45 dəfə, Orta qiymət: 4, ID: 17021)

Cavab: Bildiririk ki, işçi tərəfindən təhtəlhesab şəxs müəyyən xərclər, o cümlədən də qonaqların qarşılanması və s. ilə bağlı çəkilən xərclər müvafiq sənədlərlə təsdiqləndikdə, həmin şəxsə verilən məbləğ onun gəliri hesab olunmur. İşçi müvafiq sənədlərlə onun sərəncamına verilən məbləğin xərclənməsini təsdiqləyə bilmədikdə isə bu məbləğ onun gəliri hesab olunmaqla müvafiq qaydada gəlir verigisinə cəlb olunur.
Maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair ətraflı və dolğun məlumatın verilməsi ilə əlaqədar səlahiyyətli qurum olan Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Bax: Vergi Məcəlləsinin 98.1-ci və 98.2-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər