Vergilər Nazirliyinə ƏDV-lə bağlı praktiki və misallı sual
Sual: Mən müştəridən 18.03.2018 tarixində avans almış, 26.03.2018 tarixində mal satmış, 01.04.2018 tarixində elektron hesab faktura vermişəm. Bu əməliyyat ƏDV bəyannaməsində hansı ay üçün qeyd olunmalıdır?
Cavid İmanov Cavanşir, [email protected], Bakı (23.05.2018)
Cavab: Bildiririk ki, avans şəklində aparılan ödəmədən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır.
Müvafiq olaraq əməliyyat mart ayının bəyannaməsində əks olunmalıdır.
Bax: Vergi Məcəlləsinin 166.2-ci maddəsi.
0 Komment
Şərh yazın