Vergilər Nazirliyinə əmək haqqından gəlir vergisi ilə bağlı sual
Sual: İki azyaşlı uşağım var və yoldaşım işləmir. Vergi Məcəlləsinin 102.5-ci maddəsində gostərilən 50 azn güzəşt hüququm varmı? Var isə iş yerimə hansı sənədləri verməliyəm?
Vüqar Ceferov Zeynal, [email protected], Bərdə şəhəri (22.05.2018)
Cavab: Bildiririk ki, sorğunuzda göstərilən halda fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində muzdlu işlə əlaqədar əldə etdiyi gəlir himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər (ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayış) təqdim edildiyi andan etibarən 50 manat məbləğində azaldılır.
Təsdiqedici sənədlər təqdim olunmayan dövr üzrə vergi güzəştinin nəzərə alınması isə vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.
Xatırladırıq ki, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar), xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar himayədə olanlara aid edilmir.
Bax: Vergi Məcəlləsinin 101.1-ci, 102.1.6-cı, 102.5-ci, 102.6-cı və 102.8-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.
0 Komment
Şərh yazın