Əmək qabiliyyətinin müvəqqəti itirməyə görə hesablanan müavinətin gəlir vergisi ilə bağlı maraqlı sual

Əmək qabiliyyətinin müvəqqəti itirməyə görə hesablanan müavinətin gəlir vergisi ilə bağlı maraqlı sual

Sual: Sualım budur ki, işçiyə əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətdən gəlir vergisi həmin ayda hesablanmış əmək haqqı ilə birgə toplanaraq 173 manat (2018-ci il üzrə yaşayış minimumu) azaldıldıqdan sonra tutulmalıdır? Ya əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinətdən birbaşa 14 % gəlir vergisi tutulur?
Arif Tahirov,, [email protected], Şəki rayonu (22.05.2018) 

Cavab: Bildiririk ki, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.
Əmək haqqı dedikdə, müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
Müvafiq olaraq, sorğunuzda qeyd olunan halda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinət muzdlu işlə əlaqədar alınan aylıq gəlirin tərkib hissəsi kimi ay ərzində muzdlu işlə əlaqədar alınan digər gəlirlərlə toplanmaqla və ölkə üzrə yaşayış minimumunun 1 misli çıxılmaqla işəgötürən tərəfindən gəlir vergisi hesablanaraq tutulur.

Bax: Vergi Məcəlləsinin 98.1-ci, 102.1.4-cü, 102.1.6-cı və 150.1.1-ci maddələri, Əmək Məcəlləsinin 154-cü maddəsi.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər