ABŞ-dan Azərbaycana meyidin gətirilməsi üçün ödənilən yardımdan ƏDV tutulur?

ABŞ-dan Azərbaycana meyidin gətirilməsi üçün ödənilən yardımdan ƏDV tutulur?

Sual: 29.04.2018 tarixində Yapıkredi bankda olan AZN hesablaşma hesabımdan Amerika Birləşmiş ştatlarının Mayami şəhərində dənizdə həlak olmuş azərbaycanlı Azər Aslanovun cəsədinin Azərbaycana gətirilməsinə xeyriyyə kampanyasında iştrak məqsədi ilə 100 USD (176.63 AZN) ödəniş etmişəm. Ödəniş etdikdən sonra mənim AZN hesablaşma hesabımdan 31.79 AZN bu kod ilə 18% EDV 0429 əlavə tutulub. Xeyriyyə məqsədi ilə ödənilən məbləğ vergiyə cəlb olunmur. Xahiş edirəm mənim hesabımdan vergi məqsədləri üçün əlavə tutulan məbləği hesablaşma hesabıma qaytarılmasını təmin edəsiniz. Təşəkkür. Aşağıda xeyriyyə məqsədi üçün yaradılan saytı da təqdim edirəm https://www.gofundme.com/azer-aslanov-passed-away.

Rəna İbadova, Bakı
Cavab: Bildiririk ki, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident tərəfindən elektron ticarət qaydasında işlərin və xidmətlərin göstərilməsi Azərbaycan Respublikasında ƏDV üzrə vergiyə cəlb olunur.
Sorğunuzda qeyd olunan maddi yardımın köçürülməsi ƏDV-yə cəlb olunması isə Vergi Məcəlləsində nəzərdə tutulmur.
Müvafiq olaraq ödəmə mənbəyində artıq vergi tutulmuş şəxs tərəfindən həmin vergi məbləğinin qaytarılması üçün həmin vergini tutan banka müraciət etməlidir.
Eyni zamanda, bank tərəfindən artıq tutulmuş məbləğin qaytarılması üçün həmin əməliyyatın vergiyə cəlb edildiyi hesabat dövrü üzrə vergi orqanına dəqiqləşdirilmiş bəyannamə verilməklə hesablanmış verginin məbləği azaldılır, bu əməliyyat üzrə yaranmış artıq ödəniş məbləği digər vergilərin, faizlərin, maliyyə sanksiyaların və inzibati cərimələr üzrə borcların ödənilməsinə və razılığı ilə sonrakı öhdəliklərə aid edilir, qalan məbləğlər isə vergi orqanına yazılı müraciət əsasında qaytarılır. .
Bax: Vergi Məcəlləsinin 13.2.8-ci, 87-ci və 169.3-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları”.

 

 

Satışda olan nəşrlərimiz:  

1) Əmək Münasibətləri: A-dan Z-yə

“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb.  Nəşrə 3 yeni fəsil əlavə olunub. 
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.

2) Vergi Qanunvericiliyi: Rəsmi Sənədlər və Şərhlər Toplusu
 
“Vergi qanunvericiliyi: rəsmi sənədlər və şərhlər toplusu – 2018” adlanan kitab şərti olaraq 2 hissədən ibarətdir: rəsmi sənədlər və şərhlər.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.

3) MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR. 15 may 2018-ci il tarixdən satışda

Mühasiblərin stolüstü kitabı:  - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi

Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq: 
012 564 86 85, 050 368 12 72, [email protected]

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər