Elektron qaimə-faktura malın anbarda olmasını təsdiq edən sənəddir?
Sual: Sualım onunla əlaqədardır ki, biz xidmət göstərən təşkilat olaraq satış məqsədi üçün istifadə edilməyərək ofisə bəzən təsərrüfat malları alırıq ki, bu təsərrüfat malları ofisin anbarına qəbul olunarkən malların anbara anbardarla təhvil-təslim qəbul aktı yazılması mütləqdir? Və ya elektron qaimənin anbarda malın olmasına təsdiq kimi anbardar əsas götürə bilər heç bir əlavə sənəd yazılmadan? Bir daha qeyd edim ki, ofisdə daxili işlər üçün nəzərdə tutulub, heç bir satış məqsədi yoxdur.
Tural Çərkəzli, Bakı
Cavab: Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.
Vergi ödəyicisi malları sahibkarlıq subyektlərindən aldıqda malların alışı qanunvericiliklə müəyyən edilmiş sənədlər (elektron qaimə-faktura və elektron vergi hesab-faktura) almaqla, vergi orqanında uçotda olmayan şəxslərdən aldıqda forması Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların alış aktı” (MAA-1) tərtib etməli, bu alış aktında satıcının FİN-i, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi göstərilməlidir.
Belə malların anbara təhvil verilməsi isə Maliyyə Nazirliyinin Kollegiyasının 04.10.2017-ci il tarixli Q-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların təhvil-qəbul aktı” (MTQA-1) ilə sənədləşdirilir.
Bax: Vergi Məcəlləsinin 16.1.11-6-cı, 73-cü və 130-1-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanları ilə təsdiq olunmuş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, 16 iyun 2017-ci il 1460 nömrəli Fərmanları ilə təsdiq olunmuş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli və 04.10.2017-ci il tarixli Q-12 nömrəli Qərarları.
Satışda olan nəşrlərimiz:
1) Əmək Münasibətləri: A-dan Z-yə
“Əmək münasibətləri A-dan Z-yə 2018” kitabının yeni, 6-cı təkmilləşdirilmiş nəşri çapdan çıxıb. İnsan resursları (HR) üzrə mütəxəssislər və mühasiblər üçün nəzərdə tutulan nəşrdə 15 fevral 2018-ci il tarixinədək Əmək Məcəlləsində edilən dəyişikliklər və əlavələr, eyni zamanda əmək münasibətlərini tənzimləyən bütün normativ-hüquqi aktların yeni tələbləri nəzərə alınıb. Nəşrə 3 yeni fəsil əlavə olunub.
Əmək Məcəlləsinin 77-ci maddəsinə edilən əlavə və dəyişikliklər misallarla izah olunub, işçilərin sayının azaldılması və ya ixtisarı məqsədilə əmək müqavilələrinə xitam verilməsi zamanı işçilərə iş stajlarına uyğun müavinətlərin ödənilməsinin rəsmiləşdirilməsilə bağlı xəbərdarlıq (bildiriş), əmr və ərizə nümunələri verilib.
Yeni nəşrin birinci hissəsində ən son dəyişiklik və əlavələr nəzərə alınmaqla vergi münasibətlərini tənzimləyən normativ hüquqi aktlar (Vergi Məcəlləsi, Nazirlər Kabinetinin qərarları, Prezidentin fərman və sərəncamları, Vergilər Nazirliyinin normativ aktları) yerləşdirilib. Kitabın 8 fəsildən ibarət ikinci hissəsi isə vergi, mühasibatlıq məsələlərinin şərhinə həsr olunub. Bu fəsillərdə Elektron qaimə-faktura, Nağdsız hesablaşmalar, Təsisçidən borc, Gəlirdən çıxılan xərclər, Ezamiyyə, Amortizasiya ayırmaları, Təxirə salınmış vergi öhdəliyi, Elektron ticarət, Gəlir vergisi, Sabit vergi və digər mövzularda şərhlər, açıqlamalar və bu sahəyə nəzarəti həyata keçirən dövlət qurumunun rəsmi mövqeyi yerləşdirilib.
3) MÜHASİBAT UÇOTU 2018 YENİDƏN İŞLƏNİLMİŞ IV NƏŞR. 15 may 2018-ci il tarixdən satışda
Mühasiblərin stolüstü kitabı: - Standartların sadə dildə izahı, 1000-dən çox müqayisəli müxabirləşmə
- Maliyyə hesabatlarının Dövriyyə cədvəli və hesabların təhlili əsasında nümunəvi doldurulması
- Mənfəət vergisi bəyannaməsinin tərtibi
- “Mühasibat uçotu haqqında” qanuna son dəyişikliklər layihəsinin şərhi
Siz sadəcə sifariş edin, biz ünvana çatdırarıq:
012 564 86 85, 050 368 12 72, [email protected]
0 Komment
Şərh yazın