Vergi ödəyicisinin digər vergi ödəyicisinə ödədiyi xidmət haqqı yalnız nağdsız olmalıdır?
Sual: Bildirmək istəyirəm ki, müəssisəyə rabitə xidmətlərinə görə elektron qaimə və VHF göndərilmişdir. Lakin, həmin ödənişlər bank hesabından köçürmə yolu ilə deyil, plastik kartla saytlardan və nağd olaraq ödəmə terminallarından ödənilmişdir. Bilmək istərdim, həmin ödənişləri xərcə aid edə bilərikmi?
Sultan Ömərov, Sumqayıt şəhəri
Cavab: Bildiririk ki, sorğunuzda qeyd etdiyiniz halda göstərilmiş rabitə xidmətlərinə görə müəssisəyə təqdim edilmiş elekton qaimə-faktura və elektron vergi hesab-faktura üzrə ödənilmiş məbləğlər gəlirin əldə edilməsi ilə bağlı olduğu halda gəlirdən çıxıla bilər.
Eyni zamanda bildiririk ki, vergi ödəyiciləri tərəfindən digər vergi ödəyicisinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqları yalnız bank hesabından köçürmə yolu ilə nağdsız qaydada həyata keçirilməlidir.
Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı ətraflı məlumatı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.
Bax: Vergi Məcəlləsinin 108-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununu.
0 Komment
Şərh yazın