Vergilər Nazirliyi: malları fərqli qiymətə satsanız belə...

Vergilər Nazirliyi: malları fərqli qiymətə satsanız belə...

Sual: 1. Şirkət müştəri trafikini və müştərilərin loyallığını artırmaq üçün kampaniya keçirərsə və bu kampaniya çərçivəsində satdığı bir məhsulu/xidməti müştərilərinə 30% endirimlə sata bilərmi? Qeyd etmək istəyirəm ki, şirkət MMC-dir və ƏDV ödəyicisidir. Məsələn: 20 AZN-lik bir məhsulu 30% endirimlə, yəni 14 AZN-ə sata bilərikmi?

2. 14.3.3. 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə;
Daha da aydın olması baxımından bu maddəyə bir misal verə bilərsinizmi? Öncədən təşəkkür edirəm.
Uğur Mahmudov Mir Cəmil


Cavab: Bildiririk ki, qiymətin formalaşdırılmasının hər bir halda şirkətin hüququ olduğunu nəzərə alaraq şirkət istənilən qiyməti tətbiq etmək hüququndadır.
Bununla belə, eyni mal 30 gün ərzində 30 faizdən aşağı qiymətə satıldıqda vergitutma məqsədləri üçün əsas kimi güzəştli faktiki satış qiyməti deyil, bazar qiyməti, yəni güzəşt verilən dövrədək tətbiq olunan qiymət əsas götüləcək.
Qeyd olunanın daha aydın başa düşülməsi məqsədi ilə diqqətinizə aşağıdakı misal gətirmək istərdik:
“A” vergi ödəyicisi fevral ayının 5-də mebeli 1.320 manata, “B” vergi ödəyicisi isə fevral ayının 1-də eyni növ mebeli bazar qiyməti olan 2.200 manata təqdim etmişdir.
Göründüyü kimi, “A” vergi ödəyicisi eyni növ mebeli “B” vergi ödəyicisi ilə müqayisədə 30 gün ərzində 40% aşağı qiymətə təqdim etmişdir ((2.200-1.320)*100:2.200=40). Belə olan halda vergi orqanının “A” vergi ödəyicisinin təqdim etdiyi mebelə görə vergiləri bazar qiymətini əsas götürərək 2.200 manatdan hesablamaq hüququ vardır.


Bax: Vergi Məcəlləsinin 14-cu maddəsi.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər