"0" dərəcə ƏDV üzrə sertifikatın tətbiqi ilə bağlı təcrübəvi hal
Sual: Sualım "0" dərəcə ƏDV üzrə sertifikatla bağlıdır. Belə ki, müəssisəmiz müntəzəm xidmət göstərir (rabitə xidməti). Elə kateqoriya müəssisələr var ki, bizə "0" dərəcə ƏDV üzrə sertifikat təqdim etmişlər və təbii ki, göstərdiyimiz xidmətə görə "0" dərəcə ƏDV-yə cəlb olunurlar. Sualım belədir: əgər sertifikatın müddəti, misal üçün, aprelin 14-ü bitirsə və yeni sertifikat təqdim edilmirsə aprel ayında göstərilən xidmətə görə ƏDV hansı %-lə hesablanmalıdır?
Elnur Qulamov, [email protected], Bakı (05.05.2018)
Cavab: Bildiririk ki, malı, işi xidməti təqdim edən şəxsə alıcı tərəfindən müvafiq sertifikat təqdim olunduğu halda ƏDV sıfır (0) faiz dərəcə ilə tətbiq olunur. Sertifikat təqdim olunmadıqda Azərbaycan Respublikası ərazisində Hasilatın Pay Bölgüsü Haqqında Saziş çərçivəsində yerinə yetirilməsinə baxmayaraq iş və xidmətlərə 18% dərəcə ilə ƏDV tətbiq edilir.
Bu baxımdan da sorğunuzda qeyd olunan tarixədək ƏDV tətbiq olunmamalı, həmin tarixdən sonrakı gündən etibarən ƏDV ümumi qaydada 18 faiz dərəcə ilə tətbiq olunmalıdır.
Bax: Müxtəlif Sazişlər üzrə “Əlavə Dəyər Vergisi haqqında Protokol”lar.
1 Komment
Gulqiz 17 İyul 2019
Sualım "0" dərəcə ƏDV üzrə sertifikatla bağlıdır. Əgər biz sertifikati gec almisiqsa ve sertifikatin muddeti sertifikati aldigimiz tarixden evvelki periodu da ehate edirse biz bu sertifikati techizatcilara gonderib bize EDV ile vurduqlari elektron qaimelere duzelis etmeklerini teleb ede bilerikmi? (Sertifikati techizatci qaime vurdugu zamanda teqdim ede bilmemisikse. Daha sonra teqdim olundugu teqdirde. Halbuki techizatcinin mali satdigi ve ya xidmeti gosterdiyi period sertifikatin periodu daxilindedir.)
Şərh yazın