
Vergilər Nazirliyinə təsisçiliklə bağlı maraqlı sual
Sual: Azərbaycan ərazisində yaradılmış və təsisçilərindən biri xarici hüquqi şəxs olan MMC-nin direktoru xarici vətəndaş ola bilərmi?
Dunay Xasaylı, [email protected] (05.05.2018)
Cavab: Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslər nəzərdə tululur və bu tərif əcnəbilər və vətəndaşlığı olmayan şəxsləri də əhatə edir.
Bax: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli, 560-IIQ nömrəli Qanunu və Vergi Məcəlləsinin 13.2.3-cü maddəsi.
0 Komment
Şərh yazın