Vergilər Nazirliyinə əsas vəsaitlərin amortizasiyası ilə bağlı sual
Sual: Sualım əsas vəsaitlərin amortizasiyası ilə bağlıdır. 01.01.2017-ci il tarixdən maşın və avadanlıqlara tətbiq olunan amortizasiya norması 25%-dən 20%-ə enmişdir. Sual: bu faiz təkcə 2017-ci ildən bu tərəfə alınan maşın və avadanlıqlara tətbiq edilməlidir, yoxsa 2016-cı ilin qalıq dəyərinədə tətbiq olunur?
Rauf Həsənov Teymur, [email protected], Gəncə ş. (07.05.2018)
Cavab: Bildiririk ki, əsas vəsaitlər üzrə amortizasiya ayırmaları hər bir kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyəniləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.
Bu baxımdan maşın və avadanlıqların hansı ildə alınmasından asılı olmayaraq həmin kateqoriyaya aid olan əsas vəsaitlər üzrə amortizasiya ayırmaları 2017-ci ilin 1 yanvar tarixindən etibarən onların vergi ilinin sonuna qalıq dəyərinə 20 faiz amortizasiya norması tətbiq etməklə hesablanır.
Bax: Vergi Məcəlləsinin 114.3.2-ci və 114.4-cü maddələri, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli, 454-VQD nömrəli Qanunun 1.37.1-ci bəndi.
0 Komment
Şərh yazın