Ev alqı-satqı zaman yaranan vergi öhdəliyi ilə Təcrübəvi halın cavabı
Sual: Sualım Mənzil satışı ilə bağlı yaranacaq vergi öhdəliyi barədədir. Fiziki şəxs Bakı şəhəri Əhmədli qəsəbəsində mənzili təcili sataraq Bank kreditini bağlamağa məcburdur. Mənzil Fiziki şəxsin anasının adınadır, amma anası 5 il bundan əvvəl dünyasını dəyişmişdir. Evin yeganə oğlu olan fiziki şəxs mənzili öz adına keçirərək satmaq istəyir. Fiziki şəxs Şəki şəhərində qeydiyyatdadır, amma Bakı şəhərindəki mənzildə yaşayır. Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə adına Fiziki şəxs mənzilin sənədini öz adına keçirdikdən sonra satsa, o zaman vergi öhdəliyi yaranacaqdır. Amma Vergi Məcəlləsinin 102.1.3.2-ci maddəsində qeyd olunub ki, hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun tam dəyəri vergidən azaddır və 218.4.3-cü maddədə bu maddədə istisna edilir. Bu miras Fiziki şəxsin adına sənədləşdirildikdən sonra (5 ildən az müddətdə) satılarsa vergi öhdəliyi yaranacaq?
Pərvin Bayramov Məhəmməd, [email protected], Bakı (05.05.2018)
Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 218.4.3-cü maddəsinə əsasən 102.1.3.2-ci maddəsində nəzərdə tutulmuş halda, yəni mənzil anadan oğula miras yolu ilə keçdikdə vergi tutulması nəzərdə tutulmamışdır.
Fiziki şəxsin ailə üzvlərindən miras kimi əldə etdiyi və ən azı 5 il ərzində qeydiyyatda olduğu mənzilin sonradan satışından əldə etdiyi məbləğ vergidən azaddır. Lakin fiziki şəxsin mülkiyyətinə keçmiş və 5 ildən az müddətdə qeydiyyatda olduğu mənzilin satışı zamanı isə alqı-satqı müqaviləsini rəsmiləşdirən notarius tərəfindən həmin mənzilə görə sadələşdirilmiş vergi hesablanıb tutularaq dövlət büdcəsinə köçürüləcəkdir. Satılan mənzilə görə sadələşdirilmiş verginin məbləği mənzilin sahəsindən və onun yerləşmə ərazisindən asılı olmaqla aşağıdakı düsturla hesablanır:
Verginin məbləği = Mənzilin sahəsi (m2) x Zona əmsalı x 15 manat (baza məbləği)
Bax: Vergi Məcəlləsinin 102.1.3-cü və 218.4.3-cü maddələri.
4 Komment
Ismayil 01 Fevral 2019
Salam. saliyan tayonuda bina evi var atmin adindadi ama o menzilde cotda deyil.evi satmaq isteyir ondan ne qeder vergi tutulmalidi ev 73 kvadratdi.
Rövşən 17 İyun 2019
Salam. Men evimi satmaq isteyirem lakin ev menim adıma olsa da men qeydiyyatda 2016 cı ildenem. Heyat yoldaşım ise 2010 cu ilden qeydiyyatdadır. Men evi ona bağışlayıb evi o sata bilermi vergiden azad olmaq şerti ile?
Mirza 27 Fevral 2020
Salam. Manaf maxsus Bakı şeherinde evim var men 8 ildiki almışam amma qeydiyyatda yoldaşım və 2 uşaqım qeydiyyatda idilər mən evi satsam verqi verməliyəm? Yeşekkür
Hesenov Hüsen 07 Mart 2022
Men mecburi köçkünem ehmedlide 3 otaqlı kupçalı evdir 21 ildir ailemle yaşayiram qeydiyyata düşmemişem köçkün oldugum üçün kupça menim adimadir evi satmaq isdeyirem menden vergi tutulacaqmı
Şərh yazın