Vergi müfəttişi ƏDV məsələsinə görə hər iki tərəfə maliyyə sanksiyası yaza bilər?

Vergi müfəttişi ƏDV məsələsinə görə hər iki tərəfə maliyyə sanksiyası yaza bilər?

Sual: Sualım ƏDV ödəyiciləri ilə bağlıdır. Müəssisə alqı-satqı ilə məşğul olur. Malların təqdim edilməsi zamanı ödənişi edən tərəf müəyyən səbəblərdən əsas məbləğ ilə ƏDV məbləğin eyni tarixdə ödəyə bilməmişdir. Vergi müfəttişi bu vəziyyətdə iddia edir ki, sizin göndərdiyiniz elektron vergi hesab-fakturasın ləğv edəcəm və hər iki tərəfə cərimə yazacam və israrla qeyd edir ki, bu qanunda mövcuddur. Sualı əsaslı olaraq cavablandırmanızı xahiş edirəm.
Taleh Bədəlov, [email protected], Bakı (05.05.2018)

Cavab: Bildiririk ki, vergi qanunvericiliyinin tələblərinə əsasən elektron vergi hesab-fakturası satıçı tərəfindən malların təqdim olunmasından sonrakı 5 gün ərzində təqdim olunmalıdır. Bu tələbə riayət edilməməsinə görə verilmiş elektron vergi hesab-fakturanın ləğv edilməsi vergi qanunvericiliyində və inzibatçılığında nəzərdə tutulmamışdır.

Lakin ƏDV məbləğini ödəmədən malın dəyərini ödəyən şəxsə Vergi Məcəlləsinin 58.6-cı maddəsində qeyd olunan qaydada maliyyə sanksiyası tətbiq olunur.

Bax: Vergi Məcəlləsinin 58.6-cı və 176-cı maddələri.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər